Abdulla Şaiqin mənzil-muzeyində şairə həsr edilmiş biblioqrafiyanın təqdimatı olacaq
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 15-də Abdulla Şaiqin mənzil-muzeyində “Abdulla Şaiq. Biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Abdulla Şaiq. Biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron məlumat bazası F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində tərtib və nəşr edilib. Biblioqrafiyanın tərtibçiləri Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova, ixtisas redaktoru və buraxılışa məsul Şəhla Qəmbərova, redaktoru Gülbəniz Səfərəliyevadır. Kitabın “Ön söz”ünün müəllifi Alxan Bayramoğlu, rəyçilər Kərim Tahirov və Ülkər Talıbzadədir.
Azərbaycan uşaq ədəbiyyatının klassiki, görkəmli şair, nasir, dramaturq, ədəbiyyatşünas, böyük pedaqoq, ictimai xadim Abdulla Şaiqin həyat və yaradıcılığına həsr olunmuş bu biblioqrafiyada ədibin 1906-2016-cı illərdə dərc edilmiş əsərləri və onun haqqında yazılan materiallar öz əksini tapıb. Göstərici ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:34]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 07.06.2026 [17:43]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [17:27]
Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub
- 07.06.2026 [16:23]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [15:25]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [04:40]
Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]