Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yatsek Palkeviç: Bakı öz markasını və “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır VİDEO

Yatsek Palkeviç: Bakı öz markasını və “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır VİDEO

Bakı, 1 iyun, Əziz Məmmədov, AZƏRTAC 

Elə şəxsiyyətlər var ki, onlar hələ sağlığında ikən dünya tarixində iz qoyur və əfsanəyə çevrilirlər. “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” zabit ordenli, Rus Coğrafiya Cəmiyyətinin və London Kral Coğrafiya Cəmiyyətinin üzvü, Qızıl Xidmət Xaçına və “Kilsə qarşısında xidmətlərinə görə” Xaça layiq görülmüş, 30 kitabın və Avropanın məşhur jurnallarında dərc edilmiş yüzlərlə reportajın müəllifi ...

Adı güclü hissiyyatların və kişilərə aid sərgüzəştlərin sinoniminə çevrilmiş bu əfsanəvi şəxsiyyətin mükafatlarını çox sadalamaq olar. Lakin sizi çox intizarda qoymayacağıq: söhbət polşalı əfsanəvi reportyor və tədqiqatçı Yatsek Palkeviç haqqındadır.

Yatsek Palkeviçin dünya sərgüzəştləri janrında yazdığı maraqlı məqalələr müəllifin cəsarətinə dəlalət edir. Onun rəhbərlik etdiyi ekspedisiyalar dəvə belində Qobi səhrasından və Böyük səhradan keçib, “piroqa” deyilən qayıqlarla Borneo adasının bir sahilindən digərinə üzüb, Skeletlər sahili səhrasını pay-piyada, Oymyakon ətrafında soyuq qütb dairəsini isə maral arabalarında gəzib-dolaşıb, Avropa ilə Asiya arasında sərhəd xəttini dəqiqləşdirməyə çalışıb, Dersu Uzalanın izi ilə səyahətə çıxıb. 1994-cü ildə “Trud” qəzetinin dəstəyi ilə onun təşkil etdiyi, 5 ölkənin kosmonavtlarının daxil olduğu heyət Krasnoyarsk diyarının ekologiyası ilə bağlı missiyanı uğurla həyata keçirib. Bu missiyanın üzvləri Yer kürəsinin bütün sakinlərini planetimizin qorunub saxlanmasına qoşulmağa çağırırdılar. Pan Palkeviçin könüllü şəkildə “qəzaya uğramış” səyyah rolunda xilasedici qayıqla Atlantik okeanı üzüb keçməsi isə onda xüsusi qürur doğurur. 1982-ci ildə Palkeviç peşəkar səyyah kimi müstəsna təcrübəsindən istifadə edərək Avropada ilk Salamatqalma Məktəbi yaradıb. O, ağır iqlim zonalarında ekstremal şəraitdə insanın imkanlarının hüdudlarını tədqiq edib. Antiterror briqadalarını cəngəlliklərdə və səhrada fəaliyyətə hazırlayıb, Cənubi Amerikada Fövqəladə Hallar Nazirliyinin xilasediciləri üçün təlim keçib. 1998-ci ildə səyahətlər haqqında ən yaxşı kitabın müəllifi kimi “Kəhrəba Kəpənək” Qran-prisinə layiq görülüb. 1996-cı ilin yayında Rus Coğrafiya Cəmiyyətinin üzvü kimi bu cəmiyyətin bayrağı altında XX əsrin son coğrafi kəşfinin müəllifi olub. Onun rəhbərlik etdiyi beynəlxalq elmi ekspedisiya böyük Amazon çayının mənbəyinin dəqiq yerini müəyyən edib. Bu ekspedisiyanın işinin nəticələri həmin çayın uzunluğunu “artıraraq” 7000 kilometrə çatdırmağa imkan verib. Beləliklə, hazırda Amazon çayının uzunluğu Nil çayının uzunluğundan 300 kilometr çoxdur. 2011-ci ildə Perunun hakimiyyət orqanları həmin kəşfin şərəfinə Amazon çayının mənbəyində abidə və xatirə lövhəsi ucaldıb.

Əfsanəvi səyyah 75 illik yubileyi ərəfəsində Bakıya dörd günlük səfərə gəlib. Səfər qrafikinin çox gərgin olmasına baxmayaraq, həyatsevər və ünsiyyətcil Pan Yatsek AZƏRTAC-ın müxbirinə müsahibə verməyə həvəslə razılaşıb.

Polşalı tədqiqatçı söhbətin əvvəlində deyib: “İkinci dəfədir ki, Azərbaycan paytaxtına gəlmişəm. Bakıda ilk dəfə 25 il bundan əvvəl olmuşam. Buna görə əvvəlcə şəhərinizlə tanış olmaq, bu müddətdə onun necə dəyişdiyini yəqin etmək istədim. Səfərimin qrafiki çox gərgin olduğu üçün yalnız ölkənizin paytaxtına tamaşa edə bildim, Azərbaycanın regionlarına getməyə, təəssüf ki, macal tapmadım. Amma Bakının demək olar ki, bütün görməli yerlərində oldum, İçərişəhəri gəzdim, onun Bakının ümumi kompozisiyası ilə çox harmonik şəkildə uzlaşmasını yəqin etdim. Bakıda qədim memarlıq nümunələri və müasir tikililər bir-birini çox gözəl tamamlayır. Azərbaycanda çoxlu dostlarım və tanışlarım var, bu dörd gündə onların siyahısı xeyli genişlənib. Gələcəkdə sizin bu gözəl diyarınıza yenə gəlməyi və onun təbii gözəllikləri ilə əməlli-başlı tanış olmağı planlaşdırıram. Bu gün isə ötən 25 ildə Bakının tanınmaz dərəcədə dəyişdiyini, onun daha da gözəlləşdiyini deyə bilərəm. Tarixdən bilirik ki, XIX əsrin sonlarında Bakı əsasən neft bumu səbəbindən çar Rusiyasının iri şəhərlərindən birinə çevrilib. Həmin illərdə Azərbaycan paytaxtının simasında Avropa cizgiləri yaranıb: Qotika və Barokko üslublarında tikilmiş binalara ağ daşdan üzlük çəkilib, bu binalar qeyri-adi möhkəmliyi ilə fərqlənir. Şəhərin arxitekturasına çox böyük xərc çəkildiyinə görə o vaxt Bakını “Şərqin Parisi” adlandırırdılar. Mübaliğəsiz və diplomatiyasız, tam səmimiyyətlə deyə bilərəm ki, Bakı öz markasını və 100 il bundan əvvəl qazandığı “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır.

-XIX əsrin sonu - XX əsrin əvvəlində Azərbaycandakı polyakların həyatı Azərbaycan xalqının tarixinin bir hissəsi olub. Axı burada yaşayan, işləyən, ailə quran bu insanlar həm də ölkənin ictimai həyatında fəal iştirak edir, üstəlik, Azərbaycanın mədəniyyətinə, onun sənayesinə layiqli töhfə verirdilər. Bu barədə Sizin fikrinizi bilmək istərdik.

-Əsl sənətkarlar bütün yaradıcılıq yolunda bir başlıca məsələni həll etməyə - həyatın mənasını öyrənməyə, anlamağa, açıqlamağa çalışırlar. Onlar keçmişi, indiki və gələcək zamanı eyni bir dövrdə birləşdirməyə çalışır, Tanrının onlara bəxş etdiyi yaradıcılığın mənasını tapmağa cəhd edirlər. Elə buna görə mən də artıq bir neçə onillikdir ki, Bakının memarlığında “Polşa izi” məsələsi ilə maraqlanıram. Bu, ilk növbədə, görkəmli memar və rəssam, XIX əsrin sonu - XX əsrin əvvəlində Bakının baş memarı olmuş Yozef Qoslavskinin yaradıcılığına aiddir. Qoslavskinin memarlıq baxımından ən yaxşı və ən möhtəşəm əsəri yəqin ki, keçmiş Şəhər Dumasının, indiki Bakı Şəhər İcra Hakimiyyətinin binası olub. Bu binanın təməli 1900-cü ilin may ayında qoyulub. Layihə müəllifinin öz yaradıcı fantaziyasını məhdudlaşdırmaması üçün binanın tikintisi səxavətlə maliyyələşdirilib. Bu binanın monumentallığı, onun gözəlliyi Bakının əfsanəvi zənginliklər şəhəri olması barədə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda yayılmış bir fikri əyani şəkildə təsdiqləyir. Bakıda polşalı memarların layihələri əsasında tikilmiş binaların siyahısını davam etdirmək olar. Mənim bildiyimə görə, onlar Bakıda təxminən 200, bəlkə də daha çox bina tikiblər. Bir sözlə, polyaklar onlar üçün doğmalaşmış Bakının nadir memarlıq simasının formalaşmasında mühüm rol oynayıblar. Yozef Qoslavski ömrünün sonuna qədər Bakının baş memarı vəzifəsində çalışıb. Digər polyak - Konstantin Borisoqlebski dörd il Bakının memarı olub. Gəncə şəhərinin Baş Planını İqnati Kşiştaloviç hazırlayıb, Tağıyev Teatrının layihəsini Pavel Koqnovitski verib. Sonradan bir neçə il Tiflisdə işləyən Koqnovitski oktyabr inqilabından sonra Bakıya qayıdıb. XX əsrin əvvəlində Azərbaycan neft sənayesinin təşəkkülünə sanballı töhfələr vermiş istedadlı mühəndis Pavel Pototskinin adı ilə bağlı əfsanələr yaranmışdı. Ötən əsrin əvvəlində Bibiheybət buxtasında görülən işlərə başçılıq etmək üçün onu Sankt-Peterburqdan Bakıya dəvət etmişdilər. Məhz onun mühəndis istedadı, məqsədyönlü fəaliyyəti sayəsində dəniz məkanının bir hissəsini quru ilə birləşdirməyə imkan verən bu layihə dənizin dibindən neft hasilatının əsasını qoyub.

-Son olaraq Azərbaycan xalqına nə arzu etmək istərdiniz?

-Mən hiss edirəm ki, Azərbaycan sakinləri öz soyköklərinə bağlı, ənənələrə, mədəniyyətə böyük sevgi ilə yanaşan insanlardır. Xalqın, dövlətin gücü, insanların gözəlliyi bundadır. Son onilliklərdə Azərbaycan sürətlə inkişaf edir, ölkəniz yüksəliş yolundadır, mən də səmimi qəlbdən arzu edirəm ki, bu uğurlar davamlı olsun.

Yatsek Palkeviç: Bakı öz markasını və “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili