110 SAYLI ZAQATALA SEÇKİ DAİRƏSİ ÜZRƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİ ETİBARSIZ HESAB EDİLMİŞDİR
Komissiyanın üzvü İlham Məmmədov 110 saylı Zaqatala seçki dairəsinin nəticələrinə dair məsələ ilə bağlı məruzə etmiş, bu dairədən seçkilərin nəticələri ilə bağlı MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 110 saylı Zaqatala seçki dairəsinin 1, 2, 6, 8, 10, 15, 17, 19, 20, 22, 24, 25, 26, 31, 33, 34, 36, 37 və 40 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda yolverilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar çıxarmışdır. Seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu və həmin seçki məntəqəsində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4 hissəsindən çoxunu təşkil etdiyindən 110 saylı Zaqatala seçki dairəsi üzrə seçkilərin nəticələri də etibarsız hesab edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.