AŞPA-da azərbaycanlı deputatın məruzəsi qəbul edilib VİDEO
Strasburq, 26 yanvar, AZƏRTAC
AŞPA-nın qış sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü, Assambleyanın hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini Vüsal Hüseynovun “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” adlı məruzəsi yekdilliklə qəbul edilib.
AZƏRTAC xəbər verir ki, məruzədə Avropa Şurasının üzv ölkələrinə, Nazirlər Komitəsinə və Avropa İttifaqına müvafiq tövsiyələr yer alıb. İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə nəzarəti gücləndirməyin tənzimlənməsinin zəruriliyi və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq