REGİONLAR
Xaçmazda ağacəkmə kampaniyası çərçivəsində 200-dən çox ting əkilib VİDEO
Xaçmaz, 20 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Beynəlxalq Yer Günü ilə əlaqədar keçirilən ağacəkmə kampaniyasında 200-dən çox ting əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə təşkil etdiyi aksiyada yüzdən çox təbiətsevər könüllü iştirak edib.
Aprelin 22-dək davam edəcək kampaniya çərçivəsində rayonun təbiətinə uyğun olan meşə ağacları və meyvə tingləri əkilir. Budəfəki aksiya rayonun Qusarçay kəndində, meşə fonduna aid yaşıllıq zolaqlarında aparılıb.
Ağacəkmə aksiyası mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, 22 aprel - Beynəlxalq Yer Günü Azərbaycanla yanaşı, dünyanın 150-yə yaxın ölkəsində qeyd olunur.