Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər davam edir VİDEO

Sofiya, 13 iyul, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Sofiya Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Sofiya şəhərinin gözəl məkanlarından və turistlərin sıx ziyarət etdiyi səyahət yerlərindən olan “Sevgililər körpüsü”ndə Azərbaycan Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında Sərəncamına müvafiq olaraq “Bakı - müasirlik və qədimliyin harmoniyası” adlı açıq səma altında fotosərgi təşkil olunub.

Sərgidə Sofiya şəhərinin meri Yordanka Fandıkova, Q.S.Rakovski adına Hərbi Akademiyanın rəisi, general-mayor Qrudi Anqelov, Bolqarıstan Elmlər Akademiyasının Folklor və Etnoqrafiya Araşdırmaları İnstitutunun direktoru Petko Xristov, Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən Sofiya şəhərinin meri Y.Fandıkova Azərbaycan tarixinin önəmli hadisələrindən olan AXC-nin yaradılmasının 100 illik yubileyinin meriya ilə birgə qeyd edilməsindən məmnunluğunu bildirib və bu yubiley münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Bir müddət öncə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə birgə "Vrana" park-muzeyində Azərbaycandan xüsusi gətirilmiş üç Şərq çinarı ağacının əkildiyini xatırladan Y.Fandıkova meriya ilə səfirliyin sıx əməkdaşlıq etdiyini və Sofiyanın özünəməxsus məkanlarından olan “Sevgililər körpüsü”ndə cari sərginin təşkilini uğurlu əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib. Şəhər rəhbəri sərgidə nümayiş olunan fotoşəkillərin bolqar fotoqraf tərəfindən çəkildiyinə xüsusi diqqət yönəldərək bu məqamın vacibliyindən bəhs edib, sərginin yerli sakinlərə və şəhərin qonaqlarına Bakını bolqar fotoqrafın gözü ilə görməyə imkan yaratdığını əlavə edib. Bakı və Sofiya şəhərlərinin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edən Y.Fandıkova cari ilin yanvar ayından etibarən şəhərlərimiz arasında birbaşa hava əlaqəsinin açıldığını xatırladaraq qeyd olunan hava əlaqəsinin hər iki şəhərin daha da yaxınlaşmasına töhfə verəcəyinə inamını ifadə edib.

Çıxış edən səfir N.Qurbanova bu gözəl körpüdə təşkil olunan sərginin Bolqarıstanın ev sahibliyi etdiyi və Asiya və Avropa arasında böyük İpək Yolunun canlandırılması yolunda perspektivli təşəbbüs olan 16+1 sammiti ilə əlamətdar olduğunu bildirib. Belə ki, tarixən Bakı bu yol boyunca vacib qovşaq olub. Səfir “Bakı - müasirlik və qədimliyin harmoniyası” adlı sərginin zəngin tarixi və mədəniyyəti ilə seçilən Azərbaycan paytaxtının gözəlliklərini görməyə imkan yaratdığını qeyd edib. O deyib ki, Bakının möhtəşəm görüntüsü “neft bumu” dövründə Avropa və Şərq mədəniyyətləri arasında baş vermiş özünəməxsus sintezin mirasıdır. Diplomat deyib ki, dar və geniş, sakit və səs-küylü Bakı küçələri ilə addımlayarkən insan möcüzəli bir dövrə gedir. O dövr ki, kiçik bir qala şəhərini dünyanın neft paytaxtına çevirən fenomen yaradıb. O dövrdə tikilmiş möhtəşəm saraylar və iqamətgahlar öz ecazkar fasadları ilə indi də bir-biri ilə rəqabət aparır. N.Qurbanova dünyanın dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxtı Bakının yalnız Şərqlə Qərbin özünəməxsus kombinasiyası ilə deyil, həmçinin valehedici abidələri ilə tanındığını diqqətə çatdırıb. Bu memorialların böyük əksəriyyətinin ədəbi xadimlərə həsr olunduğunu söyləyən səfir Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə qısa məlumat verərək XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan muzey binasının 1918-1920-ci illərdə cari ildə 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman və türk dünyasında ilk parlament respublikası olan AXC-nin nümayəndələri tərəfindən istifadə olunduğu barədə danışıb. Daha sonra qonaqları Bakının digər görməli yerləri olan Fəvvarələr Meydanı, Dənizkənarı Milli Park, Kiçik Venesiyaya xəyali ekskursiyaya aparan səfir doğma Bakı Bulvarında yerləşən Azərbaycan Xalça Muzeyindən bəhs edib. O əlavə edib ki, 50 yaşlı muzey dünyada ilk ixtisaslaşmış xalça muzeyidir. Bakının tarixi abidələrinə diqqət çəkən N.Qurbanova tədbir iştirakçılarına İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası barədə məlumat verib. O bildirib ki, orta əsr Bakısının ətri duyulan İçərişəhər, XV əsr memarlığının parlaq nümunələrindən olan Şirvanşahlar sarayı, Bakının ən çox sevilən rəmzlərindən hesab olunan Qız qalası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ərazilərdir. Sərginin adından da göründüyü kimi, Bakının tarixilik və müasirliyin sintezi olduğuna diqqət çəkən səfir qədim ürəyə malik müasir şəhər olan Bakının yeni rəmzləri sayılan Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı barədə məlumat verib. Zəngin mətbəximizə toxunan səfir qədim Odlar Yurdunun paytaxtında dadılması qaçılmaz olan milli təamlarımızdan söhbət açıb.

Sonda səfir “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” təbiri ilə qonaqları paytaxtımızın füsunkar gözəlliyini görmək və multikultural mühitini duymaq üçün Bakıya dəvət edib.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. Bolqarıstanın aparıcı xəbər agentliklərindən olan “Fokus” xəbər agentliyi, Bolqarıstan Jurnalistlər İttifaqının internet səhifələrində tədbirlə bağlı məqalələr yerləşdirilib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər davam edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in Qadın Komitəsinin sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib