Tərtərdə 6 kəndi birləşdirən yeni avtomobil yolunun inşası yekunlaşır VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
Tərtər rayonunda uzunluğu 21,5 kilometr olan və 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yeni avtomobil yolunun inşası yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir. Layihə əsasında yolboyu 8 avtobus dayanacağının, 142 ədəd yol nişanının, 22 ədəd kilometr göstəricinin və 840 ədəd siqnal dirəyinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa, hərəkətin normal təşkili üçün 54,5 kilometr uzunluğunda üfüqi nişanlama xətlərinin çəkilişi işləri də aparılaraq yolun yaxın aylarda istismara verilməsi planlaşdırılır.