REGİONLAR


Göyçaylı fermer 40 hektar nar bağında yüksək keyfiyyətli məhsul yetişdirir FOTO VİDEO

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”

Bakı, 14 avqust, AZƏRTAC

Nar isti sevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur.

Bunu AZƏRTAC-a Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində nar təsərrüfatının rəhbəri Nizami Hüseynov deyib.

O, təsərrüfata 10 ildir ki, rəhbərlik edir. Hazırda nar bağlarında yüksək keyfiyyətli məhsul olduğunu bildirən fermer deyib: “Yaxın aylarda sahələrdən nar yığmağa bağlayacağıq. Sahəmizdə əsasən 3 sort nar yetişdirilir. Bunlar ən məhsuldar sortlardan sayılan “Gülövşə”, “Çəhrayı Gülövşə” və “Vələs” narlarıdır. Bu sortlar təkcə Göyçay rayonunda deyil, ümumilikdə, Azərbaycanda meyvələrin şahı sayılır”.

Nizami Hüseynov 40 hektar sahədə nar yetişdirir. “Sahəmizi damcılı suvarması yolu ilə suvarırıq. Məhsullarımız arasında ən çox tələbat olan “Gülövşə” narıdır. “Gülövşə” meyvələrin tacıdır, baş hissəsi də əsl tac formasındadır. Bu, bizim dədə-baba sortumuzdur, xalqımız bu əmanəti bizə ərməğan edib və qoruyub saxlayıb. Şirəli, vitaminli olduğu üçün çox dadlıdır. Nar dənələrinin qırmızı olması onun daha çox vitaminli olmasına dəlalət edir. El arasında nahaq yerə demirlər ki, nar min bir dərdin dərmanıdır”, - deyə göyçaylı fermer əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.