Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib YENİLƏNİB VİDEO

Davos, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə ayaqüstü söhbət etdi.

Sessiyanın aparıcısı: Gəlin Sizdən başlayaq, cənab Prezident. “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan kimi qonşu ölkə üçün nə deməkdir? Mən bilirəm ki, Siz ölkənizin iqtisadi fəaliyyətini təkcə neft-qaz sahəsinə yox, eyni zamanda, infrastrukturun qurulmasına yönəltmisiniz.

Prezident İlham ƏLİYEV: Bəli, siz tamamilə düz deyirsiniz. Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq. Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb.

Aparıcı: Mən etiraf etməliyəm ki, cənab Prezidentdən müsahibə almışam və o, bütün rəqəmləri xatırlayır. Biz hazırda bu rəqəmlərin yalnız kiçik hissəsini təhlil edirik.

Cənab Prezident, gəlin borcdan danışaq. Çünki Siz bu məsələ ilə dəfələrlə üzləşmisiniz. Əgər düz xatırlayıramsa, on il ərzində Siz borc barədə bir çox yerlərdən olan bir sıra insanların suallarını cavablandırmalı olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

Prezident İlham ƏLİYEV: İnfrastruktura gəlincə, biz onu əsasən dövlət büdcəsindən maliyyəşdirmişik. Hesab edirəm ki, infrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərəhlənə bilərik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son “Doing Business” hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq. Biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkələr arasındayıq.

Aparıcı: İcazənizlə, mən bilirəm ki, Siz gözəl nəticələri qeyd edə bilərsiniz. Lakin bu nəticələrə aparan proses heç də həmişə asan olmur. Buna görə mən Sizdən bu borc məsələsini soruşuram. Çünki Siz bir çoxları kimi, infrastrukturun qurulması nəticəsində borcun yığılmasına görə tənqid olunmusunuz. Buna görə də Sizin fikrinizcə, borca gətirib çıxaran investisiyaları necə görürsünüz və bu məsələ öz həllini necə tapa bilər?

Prezident İlham ƏLİYEV: Bizim uzun illərdir ki, strategiyamız qazandığımızdan daha az xərcləməkdən ibarət olub. Yaxşı olardı ki, bu fərq daha da böyük olsun. Buna görə biz üzərimizə borc yığmamışıq. Daxili borca gəlincə, o, çox aşağıdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir. Bizim bunu 10 faizə endirmək üçün strategiyamız var. Buna görə də bayaq da qeyd etdiyim kimi, Azərbaycanda həyata keçirdiyimiz bütün infrastruktur layihələri, yəni, qeyd etdiyim kimi, ölkələri bir-birinə birləşdirən layihələr borcsuz həyata keçirilmişdir. Biz iyirmi il bundan əvvəl - o qədər inkişaf etmədiyimiz və kasıb olduğumuz zaman borc götürmüşdük və borc götürmək məcburiyyətində idik. Bizə borc verən həmin maliyyə institutlarına minnətdarıq. İndi biz borc veririk. İndi Azərbaycanın təkcə başqa ölkələrə investisiya yatırmaq yox, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var. Eyni zamanda, biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk. Bizim borcumuzun infrastruktura heç bir aidiyyəti yoxdur. Lakin biz infrastruktura investisiya yatıranda dərhal vəsaitimizin geri qaytarılmasını gözləmirdik. Biz başa düşürük ki, geri qayıdacaq gəlir birbaşa olmayacaq. Siz yol tikdiyinizə görə pul qazanmayacaqsınız. Lakin siz mallarını bazara gətirmək üçün bu yoldan istifadə edənlər tərəfindən ödənilən vergilərdən qazanacaqsınız. Ya da bizim ərazidən tranzit kimi Şərqdən Qərbə və əks istiqamətdə istifadə edənlər tərəfindən ödənilən vəsaitdən qazanacağıq. Bu da sərmayədən geri qayıdan bir gəlirdir. Lakin hesab edirəm ki, daxildə infrastruktura və regional əməkdaşlığa sərf etdiyimiz vəsait ola bilsin on ildən sonra geri qayıtsın.

Aparıcı: Lakin heç də hər bir ölkə Azərbaycan kimi xoşbəxt ölkə deyil. Sizin çox zəngin neft və qaz ehtiyatlarınız var. Mən bunu bir gün içində təəccüb doğuran bir fakt kimi kəşf etdim. İnfrastrukturu quran və bu platformada iştirak edən digər ölkələr üçün bu, bir narahatlıqdırmı? Bunu tarazlaşdırmağın yolu nədən ibarətdir?

Prezident İlham ƏLİYEV: Hesab edirəm ki, bu, əlbəttə, narahatlıqdır. Bizim sərmayə yatırmaq üçün pulumuz olmasaydı, xarici investorlardan pul almaq məcburiyyətində olardıq. Mən sizə bir il yarım bundan əvvəl tamamladığımız dəmir yolu layihəsi timsalında bir misal çəkə bilərəm. Söhbət Şərqlə Qərbi birləşdirən Azərbaycan və Türkiyə arasında dəmir yolu bağlantısından gedir. Biz bir neçə illərdir xarici mənbələrdən maliyyələşməni axtarırdıq.

Aparıcı: Bu, nə zaman idi?

Prezident İlham ƏLİYEV: Bu, 2000-ci illərin əvvəlləri, 2004-2005-ci illər idi. Lakin bizim müraciətlərimizə rədd cavabı verilmişdi. Çünki sizin qeyd etdiyiniz kimi, investisiyalar heç ortamüddətli perspektivdə belə geri qayıtmayacaqdı. Əlbəttə ki, maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olur. Maliyyə ehtiyatları olmayanların daha çox təxirəsalınmaz problemləri var. Məsələn, işsizlik, gəlir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq və bu ölkələr üçün infrastruktur layihələri prioritet deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdırlar. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində iş yerlərinin açılmasına imkanlar yaradacaq ölkələrə infrastruktur sahəsinə investisiya yatırmağa kömək etməlidirlər.

Sonra dövlətimizin başçısı auditoriyanın suallarını cavablandırdı.

Kornel Universitetindən Lurdis Kardsanella: “Bir kəmər, bir yol” təşəbbüsünün üzvü olan ölkələrin investisiyaları son beş ildə əlli faiz artmışdı. Çin şirkətlərinin ABŞ və Avropada üzləşdiyi məhdudiyyətləri nəzərə alsaq, gələcəkdə bu kimi artım müşahidə olunacaqmı?

Çinin və dünyanın ən böyük enerji şirkətinin nümayəndəsi: Sualım Zati-aliləri Prezident Əliyevədir. Mən bilirəm ki, Siz nəqliyyat sahəsində infrastruktura diqqət yetirirsiniz. Lakin elektrik enerjisinin təchizatı da daxil olmaqla enerji infrastrukturu barədə nə deyə bilərsiniz? Bizim şirkətlər üçün bu sahədə potensial imkanlar varmı? Çox sağ olun.

İsveçrə parlamentinin nümayəndəsi Fred Bigli: “Bir kəmər, bir yol” təşəbbüsü hansı dərəcədə infrastruktur layihəsidir və hansı dərəcədə xarici siyasi münasibətlərin birləşməsi layihəsidir?

Tailandda fəaliyyət göstərən “Omata Group” şirkətinin əməkdaşı Lina: Mənim sualım belədir ki, biz Çin və ABŞ gərginliyi haqqında çox danışdıq. Bu gərginlik “Bir kəmər, bir yol” təşəbbüsünü ləngidəcək, yoxsa sürətləndirəcək? Sağ olun.

Prezident İlham ƏLİYEV: Biz elektrik enerji generasiyasına çoxlu sərmayə yatırmışıq. İndi biz defisiti tamamilə azaltmışıq, elektrik enerjisinin xalis ixracatçısına çevrilmişik və 10 milyonlarla dollar qazanmışıq. Biz sərmayələrə açığıq. Biz, həmçinin şirkətləri podratçı olmağa dəvət edirik. Bu il biz yeni elektrik stansiyasını istismara verəcəyik və onun gücü 400 meqavat olacaq. Əlbəttə ki, biz indi səmərəlilik, itkilərin azaldılması üzərində işləyirik. Praktik nöqteyi-nəzərdən siz investor, podratçı qismində - istənilən qisimdə ölkəmizə gəlsəniz mən çox şad olardım.

İsveçrə parlamentinin nümayəndəsinin verdiyi suala da toxunmaq istəyirəm. Mən tamamilə əminəm ki, ölkələri birləşdirən istənilən nəqliyyat layihəsinin geosiyasi əsası var. Bu layihələr geosiyasi vəziyyətə, sabitliyə, proqnozlaşdırmaya müsbət təsir göstərir. Çünki bu layihələr qarşılıqlı asılılıq yaradır. Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq.

x x x

Sessiyanın digər iştirakçıları - Ümumçin Sənaye və Ticarət Federasiyasının sədr müavini Vanq Yonq-qinq, “China Poly Group” Korporasiyasının sədri Su Niansha və Sinqapurun maliyyə naziri Henq Svi Keat mövzu ilə bağlı müzakirələrdə iştirak etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib YENİLƏNİB VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır