İDMAN
“Nant”-“Sent-Etyen” oyununda itkin düşmüş futbolçunun xatirəsi anılıb VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Fransa çempionatının 22-ci turu çərçivəsində “Nant” doğma azarkeşlər önündə “Sent-Etyen” komandasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 9-cu dəqiqəsində itkin düşmüş futbolçu Emiliano Salanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xatırladaq ki, Emiliano Sala “Nant” klubunda 9 nömrəli formanı geyinib.
İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubunun yeni transferi Emiliano Salanın olduğu təyyarə yanvarın 21-də Kardiffə uçmaq üçün Fransanın Nant şəhərindən havaya qalxıb. Ancaq təyyarə təyinat məntəqəsinə çatmağa saat yarım qalmış radarlardan itib.
Təyyarənin axtarışına iki helikopter və bir neçə gəmi cəlb olunsa da, sonradan axtarışlar dayandırılıb.
Qeyd edək ki, “Kardiff Siti” argentinalı futbolçunun transferi üçün klub tarixində rekord məbləğ - 15 milyon funt sterlinq ödəyib. Klub futbolçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]