Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub
Düşənbə, 14 sentyabr, АZƏRTAC
Tacikistanlı alimlər qədim Koron şəhərində heç vaxt elmə məlum olmayan rəsədxana tapıb.
AZƏRTAC xəbər verir ki, alimlərin gəldiyi qənaətə görə, rəsədxana 15-ci əsrə qədər fəaliyyət göstərib.
Akademik Yusufşoxi Yakubşox jurnalistlərə bildirib ki, rəsədxananın tapıldığı Koron şəhəri təxminən 4 min il əvvəl, ari sivilizasiyasının çiçəkləndiyi dövrdə tikilib. O deyib ki, qazıntı yerindən tapılan əşyalar burada rəsədxana olduğunu təsdiqləyir. Burada müxtəlif həndəsi fiqurlar şəklində süni daş lövhələr tapılıb.
Qeyd olunub ki, hələlik rəsədxananın nə vaxt yaradıldığı haqqında məlumat yoxdur və bu istiqamətdə işlər davam edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [21:39]
Tramp: Hörmüz boğazına heç kim nəzarət etməyəcək
- 27.05.2026 [20:53]
Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub
- 27.05.2026 [20:31]
Tramp: İran razılığa gəlməyi çox istəyir
- 27.05.2026 [16:20]
Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]