Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNEC iqtisadiyyat və biznes profili üzrə Azərbaycanda ən böyük, Şərqi Avropada isə dördüncü universitetdir

UNEC iqtisadiyyat və biznes profili üzrə Azərbaycanda ən böyük, Şərqi Avropada isə dördüncü universitetdir

Bakı, 10 iyun, AZƏRTAC

Yaxın günlərdə respublikamızın elmi ictimaiyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyini qeyd edəcək. 1930-cu ildə təsis edilmiş bu ali məktəb ayrı-ayrı dövrlərdə müxtəlif adlarla fəaliyyət göstərib.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Dadaş Bünyadzadənin əmri ilə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ İnstitutu təsis edilib. İnstituta ilk rəhbərliyi Mehdi İsmayılov edib və 1933-cü ildə buranı cəmi 7 tələbə bitirib. 1933-cü il yanvarın 2-də institutun bazasında Karl Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu yaradılıb və 1936-cı ilin sonunadək fəaliyyət göstərib. Azərbaycan SSR Xalq Komissarları Şurası 1936-cı il dekabrın 30-da Azərbaycan Sosial İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya, həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu aid edilib. İnstitut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayınadək mövcud olub. K.Marks adına Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər Azərbaycan Dövlət Universitetinin tərkibində İqtisadiyyat fakültəsi kimi fəaliyyət göstərib. Dekabr ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyəti bərpa edilib. 1959-cu ilin mart ayında institut bağlanıb və Azərbaycan Dövlət Universitetinə birləşdirilib. 1966-cı ilin fevral ayında ali məktəb Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa olunub. 1987-ci ilin oktyabr ayında N.A.Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin iyulunda SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNEC-in kafedra müdiri, Əməkdar elm xadimi, professor Arif Şəkərəliyevin “Azərbaycan Dövlət İqtisad Universiteti - 90 il” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, UNEC iqtisadiyyat və biznes profili üzrə Azərbaycanın ən böyük, Şərqi Avropa və Mərkəzi Asiyanın isə dördüncü universitetidir. Burada tədris Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. Universitetdə 9 fakültə və 33 kafedra fəaliyyət göstərir, 403 professor və dosent çalışır, 20 mindən çox tələbə, magistrant, doktorant təhsil alır.

Azərbaycanda ilk dəfə UNEC-də tədris prosesi tam elektronlaşdırılıb. Təhsil ocağının auditoriyaları elektron tribuna və proyektorlarla təchiz edilib. Tələbə və müəllimlər tədris resurslarını elektron kabinetlərindən əldə edə bilirlər. Universitetin Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində, Rus İqtisad Məktəbində rus dilində, Türk Dünyası Biznes fakültəsində isə türk dilində təhsil almaq mümkündür. UNEC dünya reytinqlərindəki mövqeyini daim yüksəltməkdədir. “UniRank” təşkilatının 2020-cu ilin fevral ayına olan məlumatına görə, UNEC ötən illə müqayisədə 497 pillə irəliləyərək 225-ci yerə yüksəlib. Bu reytinq 200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 mindən çox ali təhsil müəssisəsinin fəaliyyətinin təhlili nəticəsində müəyyənləşdirilib.

“UniRank” agentliyinin “Asiyanın 200 ən yaxşı universiteti” adlı regional reytinq göstəricisində UNEC 167 pillə irəliləyərk 27-ci pillədə qərarlaşıb. Bu sıralamada UNEC Yaponiyanın (Osaka, Vaseda) və Çinin (Shenzen) universitetləri ilə bir sıradadır.

Son dövrdə Azərbaycan Dövlət İqtisad Universitetində aparılan islahatlar nəticəsində təhsil və elmi sahədə böyük uğurlar əldə edilib. Belə ki, Tələbə İşləri Mərkəzi, UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin “Cross Culture” Təşkilatı və UNEC Mentorluq Xidməti yaradılıb.

UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb. Bundan əlavə, Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və Distant Təhsil Tədqiqat İnstitutu təsis edilib.

Universitetdə müasir tələblərə cavab verən Rəqəmsal iqtisadiyyat və Mühəndislik fakültələrinin yaradılması barədə qərar qəbul edilib.

UNEC-də elmin inkişafına və tədqiqatyönümlü universitetin formalaşması məsələsinə böyük önəm verilir, universitetin alimlərinin məqalələri yüksək reytinqli jurnallarda dərc edilir.

Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə təhsilin keyfiyyəti artırılır, müvafiq dövlət proqramları və strategiya qəbul edilir. Bu baxımdan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın müstəsna rolu qeyd olunmalıdır. Bu sənəddə qarşıya qoyulan əsas vəzifələrdən biri ali təhsildə ikili diplom proqramlarına nail olunmaqdır ki, UNEC də bu işin öhdəsindən uğurla gəlir. UNEC yüksək səviyyədə təhsil verməklə yanaşı, iqtisadi tədqiqatlara töhfə verir, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə “Səyyar Gənclər Xidməti” layihə həyata keçirir

Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir

Kamilo Duran “Qarabağ”ı tərk edir - Futbolçu “Seltik”lə anlaşıb

Venesuelada zəlzələ qurbanlarının sayı 3500-ü ötüb

Yusif İmanov “Kəpəz”dən ayrıldığını açıqlayıb

Qəzzada HƏMAS-ın hərbi qanadının təlim idarəsinin rəhbəri öldürülüb

Azərbaycan millisinin üzvü “Şaxtyor”a keçib

Lyayen: Aİ Ukraynada PUA istehsalına əlavə maliyyə dəstəyi göstərəcək

Fərid Hüseyn: “Türk Dünyası Həftəsi” türk xalqları arasında həmrəyliyin möhkəmlənməsinə xidmət etdi

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalına yüksəlib

“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib

Tbilisinin mərkəzində torpaq sürüşməsi baş verib

Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq edib

Mərakeşdə terror aktları hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb

Yoxlama oyunu: "Neftçi" növbəti məğlubiyyətini alıb

“Astana günü” münasibətilə keçirilən konsertlərdə 100 mindən çox insan iştirak edib

Emmanuel Makron Dəməşqə ilk səfərini edib

Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər

“Rosatom”: Mütəxəssislər iyulun ortalarında Buşəhr AES-ə qayıda bilərlər

Uels klubunun baş məşqçisi: "Sabah"ın gücünə bələdik

Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb

Türkiyə Prezidenti NATO-nun Baş katibini qəbul edib

Konqoda “Ebola”dan ölənlərin sayı 500 nəfəri keçib

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası hesabat verib

Bu saata olan əsas xəbərlər

Rütte: Güclü Avropa güclü NATO deməkdir

Azərbaycan-Çin münasibətlərində partiya diplomatiyasının rolu yüksək qiymətləndirilib

Güclü külək Qax və Zaqatalada fəsadlar törədib VİDEO

Güclü külək Qax və Zaqatalada fəsadlar törədib VİDEO

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

“Məktəbli sinfindən orbital missiyalara”: kosmik təhsil proqramı yekunlaşıb

Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Səudiyyə Ərəbistanı neftin qiymətinə son 26 ildə ən böyük endirim edib

Donald Tramp: İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq

Media: Kanada Almaniyadan sualtı qayıqlar almağı planlaşdırır

“Shahin Novrasli Festival-2026” ədəbi müsabiqəsinin nəticələri açıqlanıb

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə gedən vətəndaşlara müraciət edib

Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib

ABŞ Prezidenti: Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq

Parlamentlərarası əlaqələr inkişaf edir

Azərbaycanda “Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir – qeydiyyat başladı

Zimbabve parlamentinin sədri: Azərbaycanla münasibətlərin inkişafına önəm veririk

Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsindən azad olunmuş şəxslərin nəzərinə

Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb

Almaniya hökuməti gələn il üçün 555,4 milyard avroluq büdcə layihəsini təsdiqləyib

Azərbaycan idmançıları ötən ay beynəlxalq yarışlarda 284 medal qazanıblar

“Xaqani Şirvani yaradıcılığına konseptual baxış” kitabı nəşr olunub

® İRİA-da rəqəmsal transformasiya üzrə prioritetlər İctimai Şura üzvlərinə təqdim edilib

BDU-nun Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır

“Nizami “Xəmsə”sində və Azərbaycan mədəni gerçəkliyində musiqi alətlərimiz” - elmi-bədii sessiya

Mingəçevir V “Cyber Summer School 2026”ya ev sahibliyi edir VİDEO

Mingəçevir V “Cyber Summer School 2026”ya ev sahibliyi edir VİDEO

Mərkəzi Bankın nümayəndələri Masallıda vətəndaşların müraciətlərini dinləyiblər

Yunanıstanda iqtisadi bərabərsizlik dərinləşməkdədir

Bioloji aktiv qida məhsullarından istifadə zamanı nələrə diqqət edilməlidir?

Mişustin ilə Paşinyan arasında Yekaterinburqda görüş keçirilib

Gənclərdə mütaliə vərdişlərinin inkişafı: Mərkəzi Elmi Kitabxananın yeni layihələri və rəqəmsal yenilikləri VİDEO

Gənclərdə mütaliə vərdişlərinin inkişafı: Mərkəzi Elmi Kitabxananın yeni layihələri və rəqəmsal yenilikləri VİDEO

"Sabah"ın futbolçusu: Qələbə üçün əlimizdən gələni edəcəyik VİDEO

"Sabah"ın futbolçusu: Qələbə üçün əlimizdən gələni edəcəyik VİDEO

Mingəçevirdəki sənaye müəssisələri və energetika infrastrukturu innovativ istehsalın inkişafını dəstəkləyir

Rəqəmsal inkişaf strategiyası Azərbaycanın innovasiya gələcəyini formalaşdırır RƏY

“Sabah”ın baş məşqçisi: Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etmək istəyirik VİDEO

“Sabah”ın baş məşqçisi: Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etmək istəyirik VİDEO

AZAL: Bakı-Naxçıvan marşrutu üzrə bəzi reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

Suraxanıda içməli su xəttində baş vermiş qəza operativ şəkildə aradan qaldırılıb

Qazaxıstanda Astana adını daşıyan 26 nəfər var

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək MÜSAHİBƏ VİDEO

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək MÜSAHİBƏ VİDEO

Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitiriblər

Psixoloq: Uşaqların sosial şəbəkələrdən asılılığının qarşısını almaq üçün birgə iş vacibdir

Hakan Fidan: Ərdoğan-Tramp münasibətləri NATO-da gərginliyi azalda bilər

Bolqarıstanın müxtəlif şəhərlərində bomba həyəcanı yaşanıb

Nazir Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

“Thales” dəniz dronları üzrə ixtisaslaşmış “Exail Technologies”i satın alır

Azərbaycan və İspaniyanın Paralimpiya komitələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Şri-Lanka həbsxanasında baş verən toqquşmalar zamanı 25 nəfər ölüb

Qanunvericilik, valideyn, məktəb və rəqəmsal platformalar birlikdə olduqda uşaqlar üçün daha sağlam mühit formalaşır – ŞƏRH

BDU-da Türk dövlətlərinin xarici siyasətinə həsr olunan yeni magistr ixtisaslaşması açılır

Kembricdə təhsil alan azərbaycanlı: Uğurun sirri qeyri-adi istedad deyil - MÜSAHİBƏ

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10,1 faiz artıb

Fırçanın sözlə dialoqu: Altay Hacıyev yaradıcılığında Natəvan obrazı

Siyasi şərhçi: İctimai rəy sorğularında yüksək etimad Prezidentin uğurlu dövlət siyasətinin nəticəsidir

Azərbaycan Rusiyaya nota verib VİDEO

Azərbaycan Rusiyaya nota verib VİDEO

Felipe Luis “Monako”nun baş məşqçisi təyin edilib

ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub YENİLƏNİB VİDEO

ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub YENİLƏNİB VİDEO

Direktorların işə qəbulu müsabiqəsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Astarada kino günləri” başa çatıb

Ankaradakı NATO sammitini dünyanın hər yerindən 2500-dən çox jurnalist işıqlandıracaq

Gürcü siyasətçi: Anakliya limanı dünyanın Qafqaza açılan qapısı olmalıdır

Sahibkarlar Konfederasiyası ilə Pakistanın Okara Ticarət və Sənaye Palatası anlaşma memorandumu imzalayıb

“Wellness turizmi” nədir?- Müsahibə

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbulları davam etdirir

Zakir İbrahimov: İndiyədək 50 min ədədədək qızıl-gümüş sikkə və qızıl külçələrin satışından 116 milyon manatdan çox gəlir əldə olunub

Bolqarıstanlı fermerlər Yunanıstanla sərhəd keçidini bağlayıblar

Azərbaycandan tranzit keçməklə Ermənistana 1026 ton propan göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana 1026 ton propan göndərilib VİDEO

Dünya Bankı Özbəkistanda təhsilin inkişafına 105 milyon dollar ayırıb

Sənaye parklarında təşviq mexanizmləri investisiya cəlbediciliyini artırır - RƏY

“Qəbələ” ötən ay yeni müqavilə imzaladığı futbolçu ilə vidalaşıb

Nazirlik: 200-ə yaxın ahıl günərzi qayğı mərkəzlərinin xidmətləri ilə əhatə olunur

Dövlət Su Ehtiyatları Agentliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib VİDEO

Dövlət Su Ehtiyatları Agentliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib VİDEO

Türk Akademiyası və Monqolustan EA-nın onillik birgə arxeoloji tədqiqatlarına yekun vurulub

Vəkillər məhkumlara hüquqi yardım göstəriblər

Şirvanda çətənə kolları yetişdirən şəxs saxlanılıb