Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqəmsal inkişaf strategiyası Azərbaycanın innovasiya gələcəyini formalaşdırır RƏY

Rəqəmsal inkişaf strategiyası Azərbaycanın innovasiya gələcəyini formalaşdırır  RƏY

Bakı, 6 iyul, AZƏRTAC

Son illər Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ardıcıl şəkildə inkişaf etdirilir. Dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal platformaların genişləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması və kibertəhlükəsizlik sahəsində həyata keçirilən islahatlar ölkənin yeni inkişaf modelinin mühüm tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir. Hazırda ölkəmizdə bu istiqamətdə aparılan islahatlar innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyən hüquqi mühitin təkmilləşdirilməsini əhatə edir və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf Şurasının yaradılması və ilk iclasının keçirilməsi isə bu proseslərin vahid strateji yanaşma əsasında əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkədə rəqəmsal transformasiya siyasətinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu iclas bir daha təsdiqlədi ki, rəqəmsal inkişaf artıq təkcə texnologiya sahəsinin deyil, dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətlərindən biridir.

“İclas zamanı Birinci vitse-prezident vurğuladı ki, Şuranın əsas məqsədi müxtəlif dövlət qurumlarının fəaliyyətinin koordinasiyasını təmin etmək, vahid yanaşma formalaşdırmaq və qəbul olunan qərarların səmərəli icrasına nəzarət etməkdir. Bu yanaşma göstərir ki, rəqəmsal transformasiya ayrı-ayrı layihələrdən ibarət proses deyil, dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən kompleks inkişaf modelidir. Müasir çağırışlar fonunda rəqəmsallaşmanın uğuru məhz dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, innovativ həllərin tətbiqi və institusional idarəetmənin gücləndirilməsi ilə bağlıdır.

İclasda səsləndirilən əsas mesajlardan biri də süni intellekt texnologiyalarının ölkənin gələcək inkişafında oynayacağı rol oldu. Mehriban Əliyevanın qeyd etdiyi kimi, "Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir". Bu fikir Azərbaycanın bu prosesdə fəal mövqeyini bir daha təsdiqləmək niyyətində olduğunu göstərir. Süni intellektin dövlət idarəçiliyində, iqtisadiyyatda, səhiyyədə, təhsildə və digər sahələrdə tətbiqi xidmətlərin daha səmərəli, operativ və şəffaf təşkilinə yeni imkanlar açacaq”, - deyə deputat diqqətə çatdırıb.

K.Nurullayeva bildirib ki, rəqəmsallaşmanın sürətlənməsi yeni təhlükəsizlik çağırışlarını da gündəmə gətirir. Birinci vitse-prezident çıxışında kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd etdi ki, rəqəmsal inkişaf etibarlı təhlükəsizlik sistemi ilə müşayiət olunmalıdır. Bu yanaşma innovasiya ilə təhlükəsizlik arasında balansın qorunmasının dövlət siyasətinin əsas prinsiplərindən biri olduğunu göstərir. Çünki rəqəmsal iqtisadiyyatın və elektron dövlət xidmətlərinin dayanıqlı inkişafı yalnız etibarlı kibermühitin mövcudluğu şəraitində mümkündür.

Süni intellekt və rəqəmsallaşma Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətləridir

“İclasda beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi də xüsusi qeyd olundu. Dünyanın qabaqcıl ölkələrinin uğurlu rəqəmsallaşma modellərinin araşdırılması Azərbaycanın bu sahədə ən müasir yanaşmaları tətbiq etməsinə imkan yaradacaq. Bununla yanaşı, qəbul ediləcək bütün qərarların ölkənin milli maraqlarına, hüquqi sisteminə və sosial-iqtisadi reallıqlarına uyğunlaşdırılması əsas prinsip kimi müəyyənləşdirilib. Mehriban Əliyevanın vurğuladığı kimi, Azərbaycanın rəqəmsal inkişaf strategiyası beynəlxalq təcrübədən faydalanmaqla yanaşı, ilk növbədə, milli prioritetlər əsasında formalaşdırılacaq”, - deyə deputat əlavə edib.

O bildirib ki, bu yanaşmanın əsas məqsədi Azərbaycanı regionun rəqəmsal inkişaf və süni intellekt sahəsində aparıcı dövlətlərindən birinə çevirməkdir. Bu hədəf yalnız yeni texnologiyaların tətbiqini deyil, eyni zamanda, innovasiya ekosisteminin inkişafını, rəqəmsal bacarıqların artırılmasını, elmi tədqiqatların dəstəklənməsini və yüksəkixtisaslı insan kapitalının formalaşdırılmasını da nəzərdə tutur.

“İclas zamanı təqdim olunan məlumatlar qarşıya qoyulan strateji məqsədlərin artıq praktik icra mərhələsinə keçdiyini göstərir. Məlum oldu ki, 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə ümumilikdə 58 təşəbbüs həyata keçiriləcək. Bu təşəbbüslər dövlət informasiya sistemlərinin inteqrasiyasını, elektron xidmətlərin genişləndirilməsini, rəqəmsal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini, məlumat mübadiləsinin sürətləndirilməsini və vətəndaş məmnunluğunun artırılmasını əhatə edir. Eyni zamanda, süni intellekt həllərinin dövlət xidmətlərinə inteqrasiyası, rəqəmsal innovasiyaların təşviqi və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi qarşıdakı dövrün əsas fəaliyyət istiqamətləri olacaq.

Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səslənən fikirlərdən də aydın oldu ki, qarşıdakı illərdə rəqəmsal transformasiya ilə bağlı strategiyanın uğuru dövlət qurumlarının səmərəli əməkdaşlığından, texnoloji yeniliklərin geniş tətbiqindən, insan kapitalına yatırılan investisiyalardan və milli maraqlara əsaslanan ardıcıl siyasətin həyata keçirilməsindən asılı olacaq. Bu istiqamətdə atılan addımlar Azərbaycanın regionun innovasiya mərkəzlərindən birinə çevrilməsi məqsədinə xidmət etdiyini göstərir”, - deyə Könül Nurullayeva qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib