FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə gedən vətəndaşlara müraciət edib
Bakı, 6 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 7-də və 8-də Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin olacağını nəzərə alaraq, FHN əhaliyə müraciət edərək, küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [17:51]
Bioloji aktiv qida məhsullarından istifadə zamanı nələrə diqqət edilməlidir?
- 06.07.2026 [16:28]