Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Cəlilabad rayonunda Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd marşrutu üzrə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra olunan, ümumi uzunluğu 18 kilometr olan layihə 7 mindən çox əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində indiyədək yolun 4,3 kilometrlik hissəsində torpaq işləri, 3,3 kilometrlik hissəsində isə yol əsasının alt qatının inşası tamamlanıb. Bununla yanaşı, yolun dayanıqlığını və təhlükəsiz istismarını təmin etmək məqsədilə 9 nöqtədə suötürücü boruların quraşdırılması işləri davam etdirilir. Tikinti prosesi müasir inşaat norma və qaydalarına uyğun şəkildə həyata keçirilir.
Layihə başa çatdıqdan sonra yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri daha da möhkəmlənəcək, gediş-gəliş rahatlaşacaq, hərəkət təhlükəsizliyi əhəmiyyətli dərəcədə artacaq. Yenilənən yol sakinlərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, rayonun sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [19:44]
Güclü külək Qax və Zaqatalada fəsadlar törədib
- 06.07.2026 [18:16]
Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb
- 06.07.2026 [17:54]
Mingəçevir V “Cyber Summer School 2026”ya ev sahibliyi edir VİDEO
- 06.07.2026 [16:06]
Şirvanda çətənə kolları yetişdirən şəxs saxlanılıb
- 06.07.2026 [16:04]