Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi şərhçi: İctimai rəy sorğularında yüksək etimad Prezidentin uğurlu dövlət siyasətinin nəticəsidir

Siyasi şərhçi: İctimai rəy sorğularında yüksək etimad Prezidentin uğurlu dövlət siyasətinin nəticəsidir

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycanda müxtəlif dövrlərdə ayrı-ayrı qurumlar tərəfindən keçirilən ictimai rəy sorğularında Prezident İlham Əliyevin fəaliyyətinə münasibət, ona göstərilən etimad və dövlət başçısının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı göstəricilər həmişə yüksək olub. Lakin hesab edirəm ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra bu göstəricilər daha da yüksəlib. Bunun da əsas səbəbi Azərbaycanın uzun illər qarşısında dayanan ən mühüm taleyüklü məsələnin - Qarabağ probleminin həll olunmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.

O qeyd edib ki, uzun illər Azərbaycanın torpaqlarının 20 faizi işğal altında idi, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayırdı. On milyonluq əhalisi olan ölkədə hər on nəfərdən birinin qaçqın və ya məcburi köçkün olması cəmiyyət üçün olduqca ağır sosial və mənəvi yük idi. Üstəlik, həmin insanların ailələri, yaxınları da bu ağrını yaşayırdı. Əslində isə Qarabağ problemi təkcə həmin insanların deyil, bütün Azərbaycan xalqının ümummilli məsələsi idi. Hansı bölgədən olmasından asılı olmayaraq, hər bir azərbaycanlı işğal altındakı torpaqları öz Vətəni hesab edir və bu problemi şəxsi problemi kimi qəbul edirdi. Məhz buna görə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə cəmiyyətin düşüncəsində ciddi dönüş yaratdı. Qalib Ordunun Ali Baş Komandanı Prezident İlham Əliyev idi. Dövlətə və Silahlı Qüvvələrə rəhbərlik edən şəxs kimi əldə olunan tarixi Zəfər təbii olaraq dövlətimizin başçısına olan ictimai münasibəti daha da gücləndirdi.

Siyasi şərhçi hesab edir ki, bu gün ictimai rəy sorğularında müşahidə olunan yüksək etimad göstəricilərində 44 günlük Vətən müharibəsinin və ondan sonrakı mərhələdə həyata keçirilən siyasətin mühüm payı var. Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunması cəmiyyətdə mövcud olan bütün tərəddüdləri aradan qaldırdı.

“Müharibədənsonrakı dövrdə müəyyən şəxslər Xankəndi, Xocalı və Xocavənd istiqamətində dövlət suverenliyinin tam təmin olunmaması, həmçinin Rusiya sülhməramlı kontingentinin bölgədə yerləşməsi ilə bağlı müxtəlif tənqidi fikirlər səsləndirirdilər. Lakin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra bu məsələlər də öz həllini tapdı. Azərbaycanın dövlət suverenliyi bütün ərazilərdə bərpa olundu və əvvəllər bu məsələləri arqument kimi irəli sürənlərin mövqeyi də faktiki olaraq aradan qalxdı. Bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Son ictimai rəy sorğularında respondentlərin 87,7 faizinin Prezident İlham Əliyevə etimad göstərməsi, 93,6 faizinin onun fəaliyyətini müsbət qiymətləndirməsi, 81,9 faizinin isə dövlət başçısını alternativsiz siyasi lider hesab etməsi məhz bütün bu reallıqların nəticəsidir. Eyni zamanda, daxili siyasətdə müəyyən problemlərin də mövcudluğu danılmazdır. Korrupsiya, rüşvətxorluq və bəzi hallarda məmur özbaşınalığı kimi hallar dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da mövcuddur. Əsas məsələ isə bu problemlərin mövcudluğu deyil, onlara qarşı ardıcıl və prinsipial mübarizənin aparılmasıdır. Dövlət bu istiqamətdə ciddi addımlar atır. Hesab edirəm ki, insanların gündəlik həyatında onları narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər daha da genişlənərsə, gələcək ictimai rəy sorğularında etimad göstəriciləri daha da yüksələ bilər”, - deyə siyasi şərhçi bildirib.

Xəyal Bəşirovun fikrincə, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı, uzun illər verilən vədlərin reallığa çevrilməsi də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

“Prezident İlham Əliyevin və Ümummilli Lider Heydər Əliyevin illər əvvəl səsləndirdikləri “Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar” fikirləri bu gün reallığa çevrilib. Bu da insanların dövlətə və dövlət başçısına inamını daha da gücləndirən əsas amillərdəndir. Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə yerləşməsinə baxmayaraq, ölkədə sabitliyin və təhlükəsizliyin qorunması da ictimai etimada mühüm təsir göstərən amillərdəndir. Bu gün Azərbaycanın şimalında müharibə, cənubunda isə ciddi hərbi-siyasi gərginlik yaşanır. Buna baxmayaraq, Cənubi Qafqazda sabitliyin qorunması və Azərbaycanın təhlükəsiz şəraitdə inkişaf etməsi həyata keçirilən düşünülmüş dövlət siyasətinin nəticəsidir. Bu siyasətin mərkəzində Prezident İlham Əliyev dayanır. İnsanlar da bunu onun həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirirlər. Azərbaycan xalqı hər zaman sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşamaq istəyib. Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin olunduqdan sonra ölkədə sabitliyin qorunması cəmiyyət tərəfindən tamamilə təbii olaraq yüksək qiymətləndirilir. Hesab edirəm ki, həyata keçirilən uğurlu siyasət bundan sonra da davam edərsə, ictimai rəy sorğularında müsbət göstəricilər daha da yüksələcək”, - deyə Xəyal Bəşirov vurğulayıb.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib

bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib

Suriya limanlarının kommersiya fəaliyyəti genişlənir

Metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Slavik Alxasov “Araz-Naxçıvan”ı tərk edib

“Qarabağ” yatağında aparılan tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı davam edir

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir

Azərbaycanda zubrların sayı 89-a çatıb