Mərkəzi Bankın nümayəndələri Masallıda vətəndaşların müraciətlərini dinləyiblər
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) Masallı rayonunda növbəti səyyar görüş təşkil edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Mərkəzi Bank nümayəndələri tərəfindən vətəndaş müraciətləri üzrə qanunvericiliyə uyğun izahlar təqdim olunub.
Görüşdə vətəndaşlar tərəfindən əsasən bankomat və ödəniş terminallarının quraşdırılması, kredit öhdəlikləri üzrə güzəşt istəyi və digər əlaqəli məsələlər ilə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınıb.
Qeyd edək ki, səyyar görüşlərin keçirilməsinin əsas məqsədi maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət keyfiyyətinin yüksəldilməsidir.
Vətəndaşlar səyyar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [18:16]
Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb
- 06.07.2026 [17:54]
Mingəçevir V “Cyber Summer School 2026”ya ev sahibliyi edir
- 06.07.2026 [16:06]
Şirvanda çətənə kolları yetişdirən şəxs saxlanılıb
- 06.07.2026 [16:04]
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib VİDEO
- 06.07.2026 [15:51]