Suraxanıda içməli su xəttində baş vermiş qəza operativ şəkildə aradan qaldırılıb
Bakı, 6 iyul, AZƏRTAC
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində içməli su xəttində baş vermiş qəza operativ şəkildə aradan qaldırılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, Yeni Günəşli qəsəbəsi, bina 29, D massivi ünvanında diametri 110 millimetr olan içməli su xəttində qəza baş verib.
Məlumata görə, hadisə barədə rayon sukanal idarəsinə məlumat daxil olan kimi əməkdaşlar dərhal əraziyə cəlb olunublar. Qəzanın aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb və nasazlıq qısa müddətdə aradan qaldırılıb.
Qeyd olunub ki, təmir-bərpa işləri zamanı abonentlərin su təminatında hər hansı fasilə yaranmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [16:46]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10,1 faiz artıb
- 06.07.2026 [16:22]