Vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə videoçarx hazırlanıb VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Mədəniyyət Nazirliyi tərəfindən müzəffər ordumuzun zəfər yürüşünə dəstək olaraq cəmiyyətdə vətənsevərlik ruhunun inkişafı və daha da yüksəldilməsi məqsədilə videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda istedadlı gənc xanəndə Kənan Bəşirlinin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilir.