Türk Ticarət və Sənaye Palatası: Qarabağın iqtisadi inkişafı üçün bütün imkanlarımızla Azərbaycanın yanındayıq VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Qarabağın iqtisadi inkişafı üçün bütün imkanlarımızla Azərbaycanın yanındayıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının noyabrın 2-də Bakıda keçirilən növbədənkənar iclasından sonra təşkil olunan brifinqdə Türk Ticarət və Sənaye Palatasının (TOBB) sədri Rıfat Hisarcıklıoğlu deyib.
O bildirib ki, Türkiyə tərəfindən Azərbaycanda bir çox sahələrə investisiya qoyuluşu həyata keçirilib və gələcəkdə də bu barədə planlar var. Həmçinin Türkiyə Qarabağda - işğaldan azad olunan torpaqlarda iqtisadi inkişafın təmini üçün bütün imkanları ilə Azərbaycanın yanında olacaq.