SİYASƏT
Mustafa Şentop: Ermənistan istər Azərbaycan, istərsə də region üçün təhdiddir VİDEO
Ankara, 28 aprel, AZƏRTAC
Türkiyə Ermənistanın istər Azərbaycan, istərsə də region üçün təhdid, risklər yaradan, məsuliyyətsiz hərəkətlər edən dövlət olması qənaətindədir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məslisinin sədri Mustafa Şentop ifadə edib.
Türkiyə Parlamentinin sədri təcavüzkar Ermənistanın mövcudluğunu belə dəyərləndirib: “Beynəlxalq hüquqa və təşkilatlara görə, Ermənistan Azərbaycan torpaqlarını işğal etməsi həqiqət idi. Türkiyənin Azərbaycanın yanında yer alması, dost və qardaşlıqdan başqa, həm də Azərbaycanın haqlı olması ilə əlaqədardır və bölgədə sülh üçün təhdid yaradan bir ünsürə qarşısında qətiyyətli mövqedir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara