Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda Respublika Günü qeyd edilib VİDEO

Vaşinqton, 29 may, AZƏRTAC

28 May - Respublika Günü münasibətilə ABŞ dövlət rəsmilərinin iştirakı ilə rəsmi tədbir keçirilib, Vaşinqtonun tarixi mərkəzində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasından (USACC) Azərbaycan və ABŞ-ın dövlət bayraqları asılıb.

Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-Azərbaycan Ticarət Palatasının idarə heyətinin sədri Rza Vəziri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, ABŞ Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper, Vaşinqton şəhər merinin protokol və beynəlxalq məsələlər ofisinin rəhbəri Patrisia Elvud, ABŞ Dövlət Departamentinin və Müdafiə Departamentinin nümayəndələri, ABŞ şirkətlərinin və təşkilatlarının rəsmiləri, Türkiyənin ABŞ-dakı səfirliyinin hərbi attaşesi və hərbi attaşelik aparatının nümayəndələri, səfirliyin əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində iki dövlətin bayrağının asılma mərasimi müşahidə edilib. Daha sonra USACC-nin icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq, tədbiri açıq elan etmək üçün sözü USACC idarə heyətinin sədri Rza Vəziriyə verib. Rza Vəziri 28 May - Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışıb, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.

Daha sonra səfir Elin Süleymanov 28 May - Respublika Gününün Vaşinqtonda hər il minə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd olunduğunu, ancaq koronavirus pandemiyası səbəbindən son iki ildə belə bir tədbirin təşkilinin mümkün olmadığını qeyd edib. Vaşinqtonda ötən ilin mart ayından etibarən ilk dəfədir qonaqların qatıldığı və virtual olmayan belə bir tədbirin keçirildiyini və bunun məhz Respublika Gününə təsadüf etdiyini xüsusilə vurğulayıb. Bu xüsusda, əlamətdar günün qeyd edilməsinə imkan yaratdığına görə USACC-yə minnətdarlığını bildirib. Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən bəhs edən səfir şəhər meri tərəfindən 28 may tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdıraraq, bu səbəblə tədbirdə iştirak edən şəhər Meriyasının rəsmisinə təşəkkür edib.

Səfir E.Süleymanov müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay müddətində əldə etdiyi nailiyyətlərdən, 1991-ci ildə müstəqillikdən sonra XX əsrin əvvəlində təməli qoyulmuş Respublika ənənələrinin inkişaf etdirilməsindən bəhs edib, müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regionun aparıcı dövlətinə çevrildiyini xüsusi vurğulayıb.

E.Süleymanov Azərbaycanın müstəqilliyi dövründə ABŞ-ın ölkəmizə verdiyi dəstəyin əhəmiyyətli olduğunu, bunun hər iki ölkənin milli marağında olduğunu qeyd edib. Səfir bununla yanaşı, müstəqilliyimizin möhkəmlənməsində verilmiş dəstəyə görə Türkiyə Cümhuriyyətinə öz minnətdarlığını bildirib. Türkiyənin hər üç Cənubi Qafqaz dövləti ilə birgə sərhədə malik olduğunu və vacib geosiyasi aktor qismində rolunu diqqətə çatdırıb.

Səfir son 30 ildə ilk dəfədir ki, müstəqilliyin işğal altında olan torpaqlarımızın azad olunması şəraitində qeyd edildiyini, işğal faktorunun aradan qalxması ilə bölgəmizdə fundamental əməkdaşlıq, Ermənistanla xoş qonşuluq münasibətləri üçün olduqca əlverişli imkan yarandığını bildirib.

Dövlət katibinin köməkçisinin müavini Corc Kent Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik edib. Respublika Günü tədbirinin ötən il pandemiya başlayandan sonra onun qatıldığı ilk virtual olmayan rəsmi tədbir kimi əhəmiyyətini vurğulayıb və buna görə təşəkkürünü bildirib.

Son 30 ildə ABŞ-ın Azərbaycanın uğurlu, tərəqqi edən, təhlükəsiz və suveren dövlət olması üçün davamlı olaraq dəstək verdiyini bildirib. ABŞ-Azərbaycan münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Enerji təhlükəsizliyi sahəsində son 30 ildə həyata keçirilmiş əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb və Xəzər dənizi hövzəsinin enerji resurslarının Avropaya çatdırılmasına əhəmiyyətli rol oynayan Cənub Qaz Dəhlizi və digər kəmərlərin təhlükəsizliyin təməllərindən olduğunu bildirib. Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağı üzrə razılaşmanın vacibliyindən bəhs edib. Azərbaycanın təhlükəsizlik, terrorçuluq əleyhinə mübarizə və Əfqanıstana verdiyi dəstəyə görə ABŞ-ın minnətdar olduğunu vurğulayıb.

Bölgədə ötənilki müharibədən sonra yaranmış vəziyyətdən danışan Corc Kent regional əməkdaşlığın formalaşmasına, sülh və tərəqqi yaranmasında ABŞ-ın həm ikitərəfli əsasda, həm də Minsk qrupu həmsədri kimi daim dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən ABŞ Müdafiə katibinin köməkçisinin müavini Lora Kuper Respublika Günü və müstəqilliyimizin 30 illiyi münasibətilə öz səmimi təbriklərini çatdırıb. Müstəqil, suveren və demokratik cəmiyyətlərin ən yaxşı şəkildə tərəqqi etməyi və böyüməyi bacaran cəmiyyətlər olduğunu qeyd edib. Azərbaycanın müstəqilliyi boyu ölkələrimizin vacib strateji məsələlər üzrə əməkdaşlıq etdiyini, enerji təhlükəsizliyi, terrorçuluq əleyhinə mübarizə sahəsində münasibətləri vurğulayıb. Son 20 ildə Azərbaycanın Əfqanıstanda sarsılmaz dəstəyinə görə təşəkkür edib.

Bu il, eyni zamanda, Oklahoma ilə Azərbaycan arasında Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın 18-ci ilinin qeyd olunduğunu diqqətə çatdıran Lora Kuper bu əməkdaşlıqdan məmnunluğunu bildirib.

ABŞ rəsmiləri və qonaqlar Respublika Günü tədbirinin pandemiyadan sonra onların qatıldıqları ilk rəsmi toplantı kimi əhəmiyyətini dəfələrlə vurğulayıblar.

AZƏRTAC-ın Vaşinqton bürosu

Vaşinqtonda Respublika Günü qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər