Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tezliklə Suqovuşanın çal-çağırlı günləri yenidən başlayacaq REPORTAJ VİDEO

Suqovuşan, 11 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Yolumuz şanlı Azərbaycan Ordusunun ötən il oktyabrın əvvəllərində işğaldan azad etdiyi Suqovuşan qəsəbəsinədir. Suqovuşan azadlığına qovuşandan sonra AZƏRTAC olaraq Vətənimizin bu dilbər guşəsinə dəfələrlə səfər etmiş, müxtəlif istiqamətli reportajlar hazırlamışıq. Budəfəki səfərimiz Suqovuşanın işğaldan azad olunmasının bir ilini qeyd etdiyimiz günlərə təsadüf edir.

Suqovuşanı inkişafa, işıqlı gələcəyə, suqovuşanlıları doğma yurdlarına aparan yol

Avtomobilimiz yeni inşa edilmiş Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu ilə şütüyür. Bu yolun tikintisinə Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edildikdən dərhal sonra başlanılıb. Dünyanın bəlkə də heç bir ölkəsində müharibə dövründə, qızğın döyüşlər zamanı yol çəkilməyib. Bu baxımdan Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolunun yenidən qurulması dövlətimizin qüdrətini göstərməklə yanaşı, həm də strateji, iqtisadi və mənəvi məna daşıyır.

Oktyabrın 3-də Prezident İlham Əliyev Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. Ümumi uzunluğu 28,5 kilometr olan yol Suqovuşanı inkişafa, işıqlı günlərə aparacaq, suqovuşanlıları doğma yurdlarına qovuşduracaq. Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22 kilometr uzunluğa malik yeni yolun inşası da nəzərdə tutulub. Sözügedən avtomobil yollarının birləşdirilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək imkanı olacaq.

Susuz qalan torpaqlar yenidən canlanır

Seydimli kəndindən keçərkən Xanarxın gur su ilə axması diqqətimizi çəkir. Çünki ötən 30 ilə yaxın dövrdə bu kanal suya həsrət qalmışdı. Suqovuşan su anbarının azad edilməsi bu kanaldan istifadə etməyə də imkan yaratdı. İndi Xanarx kanalından uzun illərdən sonra əkinlərin suvarılmasında istifadə olunur.

Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin sahə rəisi Veysəl Mustafayev bildirib ki, Suqovuşan işğaldan azad olunduqdan sonra uzun illərdən bəri suvarılmasında çətinliklər yaranmış ərazilərə suyun verilməsi təmin edilib. Bu isə həmin ərazilərdə əkinlərin davamlı aparılması, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsi deməkdir.

Artıq Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının 30 min hektardan çox torpaq sahəsinin suvarma suyu Tərtər çayından qidalanan 3 torpaq kanal - Xanarx, Xoruzlu və Təley arxı vasitəsilə təmin edilir. Cari ilin doqquz ayında həmin rayonlara 240 milyon kubmetrdən artıq suvarma suyu verilib. Suvarılan ərazilərdə əsasən pambıq, taxıl, çuğundur, yonca və digər kənd təsərrüfatı məhsulları becərilib və bol məhsul götürülüb.

Suqovuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir

Müxtəlif relyef formalarını, hər qarışı Azərbaycan əsgərlərinin igidliyi, şücaəti ilə azad olunmuş torpaqları qürurla seyr edə-edə dağlar qoynunda yerləşən Suqovuşana çatırıq. Dövlətimizin başçısının qəsəbədə ucaltdığı üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğurur.

Prezident İlham Əliyev oktyabrın 3-də Suqovuşana səfəri zamanı bir il əvvəl bu ərazilərdə aparılan hərbi əməliyyatlardan danışarkən deyib: “Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”.

Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olan qazi İntiqam Sarıyev bir əvvəlki tarixi günləri belə xatırlayır: “Sentyabrın 27-də düşmən yenə də cəbhə boyu təxribata başlamışdı. Biz düşmənin təxribatlarının qarşısını aldıq və Ali Baş Komandanımızın əmri ilə Suqovuşan istiqamətində əks hücuma keçdik. Çox çətin döyüş idi. Ancaq hamımızda yüksək əhval-ruhiyyə, döyüş ruhu var idi. Hər kəsin yeganə amalı torpaqlarımızı işğaldan azad etmək idi. Mən Suqovuşanın üstündəki yüksəklikdə yaralandım və təxliyə olundum. Eşidəndə ki, artıq ordumuz Suqovuşanı azad edib, çox sevindim. Digər tərəfdən döyüş yoldaşlarımla bir yerdə Suqovuşana daxil ola bilməməyimə, yoldaşlarımın bir çoxunun şəhid olmasına görə kədərləndim. Mən şəhidlərimizin ruhu qarşısında, onların valideynləri qarşısında baş əyirəm. Bu torpaqlar bizim tarixi torpaqlarımızdır. Burada bizim babalarımız yaşayıb. Vaxt var idi biz bu torpaqlara həsrət ilə baxırdıq. Artıq haqq-ədalət öz yerini tapdı, 30 illik həsrətimizə son qoyuldu. Mən fəxr edirəm ki, 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Bu torpaqların azad edilməsində mənim də qanım tökülüb”.

Ərazi mina və digər partlamamış hərbi sursatlardan təmizlənir

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Suqovuşanda da bir sıra infrastruktur layihələri həyata keçirilir. Bunun üçün isə həmin ərazilər mina və digər partlamamış hərbi sursatlardan təmizlənir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat meneceri Şahin Allahverdiyev bildirib ki, ilkin olaraq elektrik xətləri, yollar və suvarma kanalları keçən ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Əməliyyatlar zamanı həm piyada əleyhinə, həm də tank əleyhinə minalara rast gəlinir. Ərazidə hələ də xeyli sayda mina və partlamamış hərbi sursat var. Odur ki, təhlükəsizlik səbəbindən həmin ərazilərə vətəndaşların gəlməməsi tövsiyə edilir.

Suqovuşanda elektrik enerjisinin təminatı sahəsində də genişmiqyaslı işlər görülüb

İşğaldan azad edilən Suqovuşanda digər sahələrlə yanaşı, elektrik enerjisinin təminatı sahəsində də genişmiqyaslı işlər aparılır. Qısa müddətdə Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib, qəsəbənin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edilib. Qəsəbə elektrik enerjisi ilə təmin olunub.

Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında təmir-bərpa işləri aparılıb. “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat, “Suqovuşan-2” stansiyasında ildə 8,7 milyon kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub. “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

Suqovuşan sakinlərinin doğma yurdlarında xoşbəxt günləri yenidən başlayacaq

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır. Qəsəbə sakinləri indi doğma yurdlarına köçəcəkləri günü gözləyirlər. Suqovuşan sakini Xaliq Hümbətov kəndin azad edilməsi ilə 28 illik xəyallarının gerçəyə çevrildiyini deyib: “Suqovuşan Azərbaycan xalqının qürur yeridir. Çünki ordumuz ermənilərin alınmaz hesab etdiyi Suqovuşanı qəhrəmanlıqla işğaldan azad edib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Mən Prezidentimizə qəsəbənin tarixi adını geri qaytararaq Suqovuşan adlandırdığı, bizi doğma yurdumuza qovuşdurduğu üçün minnətdarlığımı bildirirəm. Biz 28 il idi doğulub boya-başa çatdığımız torpağımıza qayıtmağı xəyal edirdik. Bu gün çox şadıq. Çünki öz torpağımıza qayıtmışıq. Şükür bu günə. Suqovuşanın işğaldan azad edilməsindən bir il ötür. Bu bir il ərzində burada böyük abadlıq işləri aparılıb. Qəsəbəyə yeni yol çəkilib. Elektrik enerjisi ilə təmin edilib. Biz suqovuşanlılar kəndimizə köçəcəyimiz günü səbirsizliklə gözləyirik”.

Suqovuşanı Qarabağın incisi adlandıran Xaliq Hümbətov buranın tezliklə turizm mərkəzinə çevriləcəyinə imanını ifadə edib: “Suqovuşan çox səfalı yerdir. Bura Qarabağın incisidir. Kəndin münbit torpaqları, meşələri, bulaqları var. Kəndin dağlarla əhatə olunması, su anbarı, tarixi abidələr burada turizmin inkişafını şərtləndirir”.

Bəli, çox keçməyəcək ki, suqovuşanlılar doğma kəndlərinə dönəcəklər və onların Suqovuşanda yenidən çal-çağırlı, xoşbəxt günləri başlayacaq.

Tezliklə Suqovuşanın çal-çağırlı günləri yenidən başlayacaq REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır