Bakıda ticarət mərkəzi yanır VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakının Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro-City” ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.