19 AVQUST
![]() |
Avqustun 19-u Dünya Humanitar Yardım Günüdür. Bu gün 2003-cü ildə İraqda BMT qərargahının bombalanması nəticəsində humanitar yardım işçilərinin həlak olması ilə əlaqədar təsis edilib. Əsas məqsəd insan həyatını xilas etmək üçün çalışanları xatırlamaq və bu nəcib məqsəd uğrunda canlarından keçən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir. |
![]() |
Avqustun 19-u Dünya Foto Günüdür. Bu gün 2009-cu ildə avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Bu tarixin seçilməsi 1839-cu ildə dünyada ilk dəfə Lui Jak Mande Daqera tərəfindən şəklin prototipinin cəmiyyətə təqdim olunması ilə bağlıdır. |
![]() |
1912-ci il. Azərbaycanın Xalq Şairi Mirvarid Dilbazinin doğum günü (1912-2001). Şairin qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə, “Bizim səsimiz” adlı birinci kitabı isə 1934-cü ildə çapdan çıxıb. O, “Sənətkarın xəyalı”, “Seçilmiş şeirlər”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Ana qanadı” və s. əsərlərin müəllifidir. Qadın mövzusunda qələmə aldığı “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Ana ürəyi”, “Məhəbbətin göz yaşları” poemaları və “Analıq duyğuları” silsiləsi müəllifə böyük oxucu məhəbbəti qazandırıb. Bütün bu uğurlara görə Mirvarid Dilbazi iki dəfə “Şərəf Nişanı”, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordenləri ilə təltif olunub. 1967-ci ildə Əməkdar Mədəniyyət İşçisi, 1973-cü ildə Əməkdar İncəsənət Xadimi, 1979-cu ildə Azərbaycanın Xalq Şairi fəxri adlarına layiq görülüb. |
![]() |
1895-ci il. Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat - Beynəlxalq Kooperativ Alyansı yaradılıb. Londonda təsis edilən bu qurum əsasən istehlak, kredit və kənd təsərrüfatı yönümlü milli və regional ittifaqları, kooperativ federasiyaları özündə birləşdirən, kooperativ hərəkatı bütün dünyada təmsil edən qeyri-hökumət təşkilatıdır. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]



