2018-i ildə F1 tamaşaçılarının sayında ən çox artım Azərbaycanda olub
Bakı, 22 dekabr, AZƏRTAC
Formula 1 rəhbərliyi ötən mövsümdə yarışların izlənməsi ilə bağlı məlumatları dərc edib. Bildirilib ki, 2018-ci ildə dünya çempionatına gələnlərin sayı 2017-ci illə müqayisədə 2,7 faiz çox olub.
AZƏRTAC xəbər verir ki, ən populyar mərhələ Böyük Britaniya Qran-Prisi olub. Bu yarışları üç gün ərzində 340 min tamaşaçı izləyib. İkinci yeri Meksika Qran-Prisi (335 min tamaşaçı), üçüncü yeri isə Avstraliyanın Melburn şəhərində ilk dəfə keçirilən Qran-Pri (295 min tamaşaçı) tutublar.
Formula 1 mərhələlərinin orta izlənmə göstəricisi 194 919 nəfər olub. Tamaşaçıların sayında ən çox artım Azərbaycan, Avstriya, Yaponiya və Kanadada olub. Ümumilikdə isə Formula 1 yarışlarının 21 mərhələsi 4 093 305 nəfərlik tamaşaçı auditoriyası toplayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]