20 SENTYABR
![]() |
1994-cü il. Bakıda “Gülüstan” sarayında dünyanın 11 ən iri neft şirkəti ilə “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında saziş imzalanıb. Həmin saziş tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olub. Ulu öndər Heydər Əliyevin 2001-ci il 16 avqust il tarixli Fərmanı ilə sazişin imzalandığı gün ölkəmizdə neft sənayesi işçilərinin peşə bayramı elan edilib.
|
![]() |
2014-cü il. Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Bolqarıstan Prezidenti Rosen Plevneliyevin, Gürcüstanın, Yunanıstanın, Monteneqronun hökumət başçılarının, Türkiyə, Albaniya, Böyük Britaniya və digər ölkələrin hökumətlərinin, beynəlxalq təşkilatların və xarici şirkətlərin yüksək vəzifəli şəxslərinin iştirakı ilə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. Dəhliz üzrə 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə Avropaya Azərbaycan qazının nəqlinə başlamaq planlaşdırılır.
|
![]() |
2013-cü il. Bakının Qaradağ rayonunda Prezident İlham Əliyevin iştirakı ilə gəmiqayırma zavodunun açılış mərasimi olub. Öz istehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə hər il yükqaldırma qabiliyyəti 15 min ton olan dörd tanker və ya yükqaldırma qabiliyyəti 70 min ton olan iki tanker, platformaların təchizatı üçün dörd gəmi istehsal etmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. |
![]() |
1907-ci il. Məşhur Azərbaycan riyaziyyatçısı, akademik Əşrəf Hüseynovun doğum günü (1907-1981). Akademik Ə.Hüseynov dünya elmində qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin banisi hesab edilir. O, çoxsaylı elmi məqalələrin, dərslik və monoqrafiyaların müəllifidir. |
![]() |
1934-cü il. Məşhur italyan aktrisası, Kann (1961), Venesiya (1958, 1998, 2002), Moskva (1965, 1997), Berlin (1994) kinofestivallarının fəxri mükafatlarına layiq görülmüş Sofi Loren anadan olub. Dünya kinosunun canlı əfsanəsi Sofi Loren xarici dildə filmdə ən yaxşı qadın roluna görə ilk “Oskar” mükafatı laureatı(1962) və “Kinematoqrafa solmaz parlaqlıq bəxş etmiş yaddaqalan rollarla zəngin karyerasına görə” fəxri “Oskar” mükafatı laureatıdır (1991). |
![]() |
1519-cu il. Fernan Magellanın rəhbərliyi ilə ilk dünya səyahəti - ispan dəniz ekspedisiyası başlanıb. Dəniz səyahəti 1519-cu il sentyabrın 20-də başlanıb və 1522-ci il sentyabrın 6-da başa çatıb. Ekspedisiya 5 gəmidə yerləşən böyük (müxtəlif mənbələrə görə 265-280 nəfərlik) komandadan ibarət idi. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]





