20 Yanvar – istiqlalın qanlı və şanlı səhifəsi
Lənkəran, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “20 Yanvar - istiqlalın qanlı və şanlı səhifəsidir” adlanan tədbirin iştirakçıları əvvəlcə Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxmışlar.
Toplantıda mərkəzin əməkdaşı Aygün İbrahimova, Heydər Əliyev İrsi Araşdırma Mərkəzi Lənkəran bürosunun rəhbəri Sevinc Hüseynova və başqaları çıxış edərək xalqımızın müstəqillik yollarında qarşılaşdığı məşəqqətli, faciəli səhnələrin və ağrılı günlərin silinməz izlərini bir daha yada salmışlar.
Qeyd olunmuşdur ki, 1990-cı ilin 20 yanvarında Sovet imperiyasının qoşun birləşmələri tərəfindən Azərbaycanda böyük bir cinayət törədilmişdir. Lakin tökülən nahaq qanlar, hərbi müdaxilələr xalqımızın mübarizə əzmini qıra bilməmişdir.
Tədbirin sonunda hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]