20 Yanvar Azərbaycan tarixinin təkcə qanlı səhifəsi deyil, həm də şanlı səhifəsidir
Astara, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
“Dəyirmi masa”da çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov 24 il əvvəl keçmiş sovet imperiyasının Bakıda törətdiyi hərbi cinayətləri xatırladaraq, qanlı yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir.
YAP Astara rayon təşkilatı qadınlar şurasının sədri Aygül Məmmədova mövzu ilə bağlı məruzə etmişdir.
Tədbir iştirakçıları qanlı yanvar günlərində xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin hər zaman böyük məhəbbətlə anılacağını bildirmişlər. Bu böyük faciəyə ilk etiraz səsini ucaldan və ona düzgün qiymət verən ümummilli lider Heydər Əliyevin “20 Yanvar Azərbaycan tarixinin təkcə qanlı səhifəsi deyil, həm də şanlı səhifəsidir” sözləri bir daha diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]