20 Yanvar Azərbaycan tarixinin təkcə qanlı səhifəsi deyil, həm də şanlı səhifəsidir
Sabirabad, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Sabirabad şəhərindəki Gənclər Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə YAP fəalları, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları 1990-cı il yanvarın 20-də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
YAP Sabirabad rayon təşkilatının sədri, rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev 22 il əvvəl keçmiş sovet ordusunun Bakıda törətdiyi qanlı cinayətləri yada salaraq Qanlı 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Hafiz Namazov, Milli Məclisin deputatı Ceyhun Osmanlı və başqaları çıxışlarında o faciəli günlərdə qızıl qanları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildirmişlər.
Mərasimdə ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “20 Yanvar Azərbaycan tarixinin təkcə qanlı səhifəsi deyil, həm də şanlı səhifəsidir” müdrik kəlamı bir daha diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]