20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, “İçərişəhər” Tarixi Muzeyinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olduğunu bildirmişlər.
Vurğulanmışdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, Vətənə, torpağa sədaqət nümunəsi yaradaraq müstəqilliyə əbədi yol açmışdır.
Natiqlər 20 Yanvar hadisəsindən 24 il ötməsinə baxmayaraq, şəhidlərimizin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını söyləmişlər.
Sonda Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri 20 Yanvar hadisələrinə həsr olunmuş musiqi proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]