“20 Yanvar faciəsi şəkillərin dili ilə” mövzusunda sərgi açılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan İstiqlal Muzeyində “20 Yanvar faciəsi şəkillərin dili ilə” mövzusunda sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş sərginin açılış mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qərb Universitetinin müəllim və tələbələrinin və Prezident Qvardiyasının əsgərlərinin iştirak etdikləri tədbirdə muzeyin direktoru Fəridə Şəmsi, universitetin rektoru Zemfira Məmmədova, rəssam Rauf Əbdülhüseyn və başqaları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilən dəhşətli cinayətdən danışmışlar. Bildirmişlər ki, həmin müdhiş gecədə sovet ordusunun zirehli texnikası və müasir silahlarla təchiz olunmuş əsgərləri azadlıq uğrunda mübarizə aparan dinc insanları qanlarına qəltan etmişlər.
Sərgidə Qərb Universitetinin dizayn fakültəsi tələbələrinin 53 rəsm əsəri nümayiş olunur.
Sonda 20 Yanvar faciəsinə aid sənədli film nümayiş etdirilmiş və iştirakçılara faciə haqqında sorğu təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]