20 Yanvar faciəsi yaddaşlardan heç vaxt silinməyəcəkdir
Zərdab, 17 yanvar (AZƏRTAC). Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş “20 Yanvar - unudulmaz tarixi gün” adlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərkəzin kollektivi əvvəlcə şəhidlərin xatirə parkını ziyarət edərək 20 Yanvar abidə kompleksi önünə gül dəstələri qoymuşlar.
Mərkəzin direktoru Könül Həsənova erməni təcavüzündən, sovet imperiyası rəhbərlərinin göstərişi ilə Bakıya qoşun yeridilməsindən, dinc, əliyalın insanların, hətta, uşaqların, qadınların və qocaların qətlə yetirilməsindən danışmışdır. Qeyd olunmuşdur ki, bu qanlı faciə yaddaşlardan heç vaxt silinməyəcəkdir.
Tədbirdə uşaqların ifasında “Şəhid oğlum” adlı kompozisiya, həmçinin 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilmişdir.