20 Yanvar faciəsinin ildönümü Füzulidə silsilə tədbirlərlə qeyd edilir
Füzuli, 16 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Füzuli rayonunda silsilə tədbirlər keçirilir. İdarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində anım mərasimləri, konfranslar, yığıncaqlar, xatirə gecələri təşkil edilir.
AZƏRTAC xəbər verir ki, yanvarın 16-da Horadiz şəhərindəki Füzuli Dram Teatrında “Qanlı Yanvar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri əvvəlcə teatrın foyesində təşkil edilmiş sərgiyə baxmış, 20 Yanvar faciəsindən bəhs edən kitab, rəsm və fotolarla tanış olmuşlar.
Tamaşaçılar 20 Yanvar faciəsinin qurbanlarından olan İlham və Fərizənin qəhrəmanlıq və sevgisini tərənnüm edən ədəbi-bədii kompozisiyanı maraqla qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]