20 Yanvar şəhidləri gənclərimiz üçün qəhrəmanlıq örnəyidir
Ağcabədi, 16 yanvar (AZƏRTAC). Ağcabədi şəhərindəki 11 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər 20 Yanvar faciəsindən, igid oğullarımızın Vətənin azadlığını öz canlarından əziz tutmasından danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışlar. Çıxışlarda şəhidlərimizin gənclərimiz üçün bir qəhrəmanlıq örnəyi olduğu və 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi bildirilmişdir.
Tədbirdə məktəblilər 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Sonra məktəbin müəllim və şagirdləri 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək üçün 137 ağac və gül kolu əkmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]