20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSINƏ HƏSR OLUNMUŞBEYNƏLXALQ VELOYÜRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, 20 Yanvar hadisələrinin 16-cı ildönümü ilə bağlı İranın Parsabad şəhərindən ölkəmizə gələn velosipedçilər artıq Bakıya çatmışlar. Yanvarın 19-da gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, nazirliyin nümayəndələri veloyürüş iştirakçıları ilə birgə Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının məzarları önünə tər qərənfillər düzmüşlər.
Ənənəvi olaraq, artıq 6-cı dəfə keçirilən beynəlxalq veloyürüş iştirakçıları Parsabad-Bakı-Parsabad marşrutu üzrə hərəkət edirlər. Yanvarın 24-dək Bakıda qalacaq iranlı velosipedçilər burada təlim-məşq toplanışlarında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]