20 Yanvar xalqımızın qan yaddaşıdır
Ağstafa, 16 yanvar (AZƏRTAC). Ağstafa Rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən xəstəxananın baş həkimi İlham Mustafayev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda törətdiyi qanlı qırğınlardan, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən söhbət açmışdır. Bildirilmişdir ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.
Qanlı Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən biri olduğunu qeyd edən baş həkim bu şanlı tarixin gənclərimizə hər zaman öyrədilməsinin vacibliyini diqqətə çatdIrılmışdır . O, 20 Yanvar faciəsi zamanı tibb işçilərinin xüsusi fədakarlıq göstərdiklərini qeyd etmişdir.
Tədbirdə çıxış edən tibb işçiləri 20 Yanvarın qan yaddaşımıza əbədi həkk olunduğunu, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]