20 Yanvar xalqımızın qan yaddaşında əbədi həkk olunmuş qəhrəmanlıq səhifəsidir
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini Azad Nağıyev çıxış edərək demişdir ki, keçmiş sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda və Azərbaycanın bölgələrində dinc əhaliyə qarşı törətdiyi qırğınlar bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Bildirilmişdir ki, 20 Yanvar faciəsi eyni zamanda qəhrəmanlıq səhifəsidir. Çünki bu səhifə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin qanı ilə yazılmışdır. Qeyd edilmişdir ki, həmin çətin günlərdə ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək SSRİ-nin rəhbəri M.Qorbaçova etirazını bildirməsi də bir tarixdir. Yalnız Ulu Öndərin bu bəyanatından sonra dünya Azərbaycanda baş verən qanlı qırğından xəbər tutmuşdu.
Tədbirdə belə bir fikir xüsusi vurğulanmışdır ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin ailə üzvlərinə sonsuz diqqət və qayğı ilə yanaşır.
Çıxışlarda 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında əbədi həkk olunduğu qeyd edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]