20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Qurban Abbasov adına mədəniyyət sarayında "20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı şeir müsabiqəsi keçirilib.
Nazirlikdən AZƏRTAC bildirilib ki, 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş şeir müsabiqəsində Suraxanı rayon məktəbliləri və Qurban Abbasov adına mədəniyyət sarayının “Xəzər” bədii qiraət dərnəyinin üzvləri münsiflər heyəti tərəfindən qalib seçiliblər. Qaliblər fəxri fərman və fərqlənmə diplomları ilə təltif olunub.
Tədbirdə uşaq və gənclərə faciə ilə bağlı məlumatlar verilib.
Sonda iştirakçılar məktəblilərin 20 Yanvar faciəsinə həsr edilmiş rəsm sərgisi ilə tanış olublar.