Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvara 26 ildən sonra baxış [FOTOKOMPOZİSİYA]

Bakı, 19 yanvar, AZƏRTAC

İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Bəziləri unudulub gedir, bəziləri daim xatırlanır. Xalqımızın qan yaddaşına yazılan hadisələrdən biri də 20 Yanvar faciəsidir. Bu hadisəyə ən dəqiq qiyməti ulu öndər Heydər Əliyev verib: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Bizi o günlərdən 26 il ayırır. Ulu Öndərin dediyi kimi, həmin hadisənin tariximizdə tutduğu yeri zaman keçdikcə daha aydın dərk edirik. 20 Yanvar çox haqlı olaraq Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi adlandırılır. Bu hadisələr canlı şahidlərin yaddaşında silinməz iz buraxıb. Aradan 26 il keçməsinə baxmayaraq, hər şey göz önündən sanki kino lenti kimi gəlib keçir: təlatümlü Bakı, gecənin qaranlığında işıq saçan güllələr, tankların və zirehli maşınların uğultusu, küçələrə səpələnmiş cəsədlər, yaralılarla dolu xəstəxana palataları...

Bu qanlı-qadalı günlərin digər şahidi fotoşəkillərdir. Tükürpədən səhnələr fotoobyektivin yaddaşına həkk olunaraq xalqın faciəsini, azadlıq mücadiləsinin tarixi məqamlarını zamandan-zamana daşıyır. Onlara diqqətlə baxanda kədər və hüznün içərisindən baş qaldıran ümid və inamı, yenilməzliyi, xalqın birlik və vəhdətini də görmək olur.

AZƏRTAC-ın fotoarxivində 20 Yanvar faciəsinin miqyasını, Azərbaycan xalqının müsibətini əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Onlar, eyni zamanda, həmin ərəfədə və qanlı qırğından sonra yaşananlara şahidlik edir. O vaxtdan 26 il ötsə də, bu ağ-qara fotolara həyəcansız baxmaq olmur.

Gəlin bir daha baxaq, xatırlayaq, yaddaşımızı təzələyək.

Ərəfə

20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. O, öz başlanğıcını 1980-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələrdən götürmüşdü. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin səriştəsizliyi, mütiliyi və milli mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dalğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, paytaxtın baş meydanında xalqın azadlıq və müstəqillik istəyini əks etdirən şüar və plakatlar görünməyə başlayırdı. Beləliklə, əldən gedən torpağı uğrunda mübarizə tədricən ümumxalq hərəkatına çevrilirdi.

 İmperiya rəhbərliyi fasiləsiz mitinqləri dağıtmaq, xalq hərəkatını yatırmaq üçün hərəkətə keçdi. İlk dəfə olaraq paytaxt küçələrində tanklar və sarışın əsgərlər görünməyə başladı. Lakin xalq yenə meydandan çəkilmədi. Vəziyyəti belə görən mərkəzi rəhbərlik 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə mitinqləri zor gücünə dağıtmaq əmri verdi. Bakının mərkəzi meydanına hərbi qüvvələr yeridildi, azad ruhun daşıyıcıları olan bir çox insan zindanlara atıldı.

     

 

Həmin vaxtlar Ermənistanda bir nəfər də azərbaycanlı qalmadığı halda, Bakıda ermənilər yaşamaqda davam edir və bu da milli zəmində təxribatlara şərait yaradırdı. Digər tərəfdən ölkədə hakimiyyət böhranı özünün pik həddinə yaxınlaşırdı. Azərbaycanı cəzalandırmağı qarşısına məqsəd qoyanlar buna zəmin hazırlayır, Bakı 20 Yanvara addım-addım yaxınlaşırdı...

Həmin günlərdə paytaxtın küçə və meydanlarında çəkilmiş fotolar 20 Yanvar ərəfəsində yaranmış ictimai-siyasi vəziyyəti, xalqın əhval-ruhiyyəsini anlamağa yardımçı ola bilər.

 

Qanlı 20 Yanvar günü

1990-cı ilin 20 yanvarı, saat 00:00. Sovet ordusunun təpədən-dırnağadək silahlanmış birləşmələri beş istiqamətdən Bakıya soxuldular. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar “barrikadaları” dağıdıb keçir, əsgərlər dinc əhaliyə atəş açır, heç kəsə aman vermirdilər. Hətta təcili tibb maşınları, evlər gülləyə tutulurdu.

Həmin gecə ən böyük qırğın indiki “20 Yanvar” dairəsi ərazisində törədildi. Ümumiyyətlə, cəza əməliyyatının ilk saatlarında yüzlərlə dinc sakin öldürüldü və yaralandı.

Yanvarın 20-də səhər hava işıqlaşar-işıqlaşmaz küçələrə axışan Bakı sakinləri “20 Yanvar” dairəsində və ona yaxın yerlərdə dəhşətli mənzərələrlə qarşılaşdılar. Tankların əzib keçdiyi avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki qan izləri ağır faciədən xəbər verirdi. Şəhərin mərkəzi küçə və meydanları tanklarla, avtomatlı hərbçilərlə dövrəyə alınmışdı...

Fotoşəkillərdə bu dəhşətli və qorxunc mənzərələr də əksini tapıb. Onlara baxarkən qanlı statistika bir daha yada düşür:

Öldürülənlər - 147 nəfər;

Yaralananlar - 744 nəfər;

Qanunsuz həbs olunanlar - 841 nəfər.

Yaralananlar arasında 25 qadın və 20 uşaq vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.

 

 

20 Yanvar faciəsi miqyasına, xarakterinə və mahiyyətinə görə keçmiş SSRİ rəhbərliyinin ikinci Dünya müharibəsindən sonra ölkə daxilində törətdiyi misli görünməmiş bir cinayət idi. Bu hadisələrdən bir müddət sonra - 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.

Sonradan 20 Yanvar hadisələrini araşdıran “Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatında deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşlər, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.

 

 

 

Sovet ordusunun (bəzi məlumatlara görə, Azərbaycan paytaxtına yeridilmiş qoşun kontingentinə 65 min hərbçi daxil edilmişdi) Bakıya hərbi təcavüzünün, cəza əməliyyatının ağır nəticələrini əks etdirən fotoşəkillərin böyük əksəriyyəti ağ-qara rəngdədir. Onda insanlar indiki texniki imkanlara malik deyildi. Tək-tək adamlarda fotoaparat vardı. Hərbçilər sayı çox az olan fotomüxbirləri hadisə yerinə yaxın buraxmırdılar. Bununla belə, bəziləri həyatlarını təhlükə qarşısında qoyaraq kütləvi qırğının ayrı-ayrı epizodlarını fotoplyonkaya köçürə bildilər. Onların arasında öz peşə və vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirən AZƏRTAC-ın fotomüxbirləri də vardı. Bu fotosənədlər qanlı cinayəti törədənlərə qarşı bir ittiham aktı olaraq qalır. Eyni zamanda, 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında aktuallığını bu gün də qoruyub saxlayır.

Şəhidlərin dəfni

 

Azərbaycan paytaxtı öz tarixində heç vaxt 26 il əvvəl olduğu qədər böyük izdiham yaşamayıb. Bunu o vaxt mərkəzi meydanın qarşısında yerləşən mehmanxanaların damından çəkilmiş fotolar da təsdiqləyir.

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir. Xalq həmin gün ağır imtahana çəkildi və bu sınaqdan şərəflə çıxdı. Faciə insanları birləşdirdi, xalqı bütövləşdirdi. Xalq öz şəhidlərini son mənzilə çiyinlər üstündə apardı, görünməmiş izdihamla yola saldı. Ona tuşlanmış top-tüfəngə məhəl qoymadı, bir addımlığındakı təhlükədən qorxub çəkinmədi. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici məqamdır.

 

 

 

Fotoşəkillər bizi 1990-cı ilin 22 yanvarına qaytarır. Gəlin, həmin gün yaşananları birlikdə xatırlayaq: Bakının ən yüksək nöqtələrindən birində - o vaxt “Dağüstü park” adlanan yerdə şəhidlər üçün məzarlar qazılır. Cənazələr indiki “Azadlıq” meydanına düzülüb. Böyük meydanda iynə atsan yerə düşməz. Həmin anları əks etdirən fotolardan da göründüyü kimi, şəhidləri son mənzilə milyonlarla insan yola salır. 

İnsan seli məzarlığa yaxınlaşır. Cənazələr çiyinlərdən yerə endirilir. Bu vida anlarında doğmalarını, əzizlərini itirmiş insanların ağrı-acıları, keçirdikləri hisslər fotolarda əksini tapıb və söz bunu ifadə etməkdə acizdir. Bir də diqqəti qərənfillər cəlb edir. O gün də, sonradan da hər il yanvarın 20-də şəhid məzarları qərənfil yağışına qərq olur. Bu da xalqın tapıntısıdır və rəmzi mənası var: qərənfil qan rəngindədir.

Şəhidlər xiyabanı

1990-cı ilin yanvarında Bakının xəritəsinə yeni bir ünvan yazıldı: Şəhidlər xiyabanı. Artıq 26 ildir ki, bu məkan müqəddəs ziyarətgaha çevrilib.

Onlar həyatlarını Vətənin azadlığı naminə qurban verdilər. Onlar milyonlara fədakarlıq dərsi keçdilər. 1990-cı ilin yanvar hadisələri zamanı həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər bir həmvətənimiz üçün əzizdir.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmış, qərarlar qəbul etmişdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir. Dövlətimizin başçısının Sərəncamına əsasən, 2007-ci ildə Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən qurulub.

Şəhidlər xiyabanı Azərbaycan xalqının 26 il əvvəl yaşadığı böyük faciədən xəbər verir. Özündə ümummilli kədəri ilə yanaşı, rəşadət və fədakarlıq nişanələrini də yaşadır. Bu ünvan xalqın öz qəhrəman oğul və qızlarına böyük hörmət və ehtiramının ifadəsidir, Vətən tarixinin qanla yazılmış önəmli səhifəsi, əyani dərs vəsaitidir.

Hər il yanvarın 20-də Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Şəhid məzarları önündən on minlərlə insan ötüb-keçir. Gördüyünüz bu fotolar müxtəlif illərdə çəkilib. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını nəinki azaltmır, əksinə, 26 il əvvəl baş verənlərin mənası, bu xiyabanda əbədiyyətə qovuşanların gördüyü işlərin mahiyyəti zaman keçdikcə daha aydın görünür, layiq olduğu qiyməti alır.

 

Fotolara bir də baxın. Hansısa başqa bir xalqın öz şəhidlərini belə kütləvi şəkildə, səhərdən axşamadək ardı-arası kəsilməyən axınla yad etdiyini görmüsünüzmü?

Digər bir xoş, nəcib ənənə yaranıb. Bakılılar başqa ölkələrdən gəlmiş qonaqlarını, dost-tanışlarını hökmən Şəhidlər xiyabanına aparır, onlara 26 il əvvəl yaşanmış faciə haqqında məlumat verir, “İlham və Fərizə” dastanını danışırlar...

Ötən əsrin 80-ci illərinə, 1990-cı ilin qanlı-qadalı günlərinə, Bakının ən uca nöqtələrindən birində qərar tutmuş Şəhidlər xiyabanına səyahətimiz başa çatır. Fotoşəkillər bələdçimiz oldu. Yaddaşımız təzələndi.

Şəhidlərin uğrunda can verdikləri Azərbaycan, qanlı hadisələrin cərəyan etdiyi Bakı ötən illər ərzində büsbütün dəyişib. Xalqımız öz azadlıq arzusuna qovuşub, Azərbaycanın üçrəngli bayrağı bu gün dünya ölkələrinin bayraqları sırasında dalğalanır. Baxıb qürur duyur, müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik.

Onda - 1990-cı ilin yanvarında bu bayraq da, müstəqillik də bir xəyal, bir arzu idi. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzular həqiqət oldu.

Şəhid qanının ən dəqiq qiymətini də ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO