DİN: Bakı-Qazax avtomagistralında əlavə qüvvələr cəlb edilməklə hərəkət tənzimlənir VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, Baş Dövlət Yol Polis İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.
Bütün zəruri tədbirlər diqqətdə saxlanılmaqla hərəkət iştirakçılarının, avtomobillərin təhlükəsiz keçidi təmin olunur.