Nurit Qringer: İsrail Azərbaycanın bu ölkədə səfirliyinin açılacağına görə xoşbəxtdir VİDEO
Bakı, 17 dekabr, AZƏRTAC
Uzun müddətdir İsrailin Azərbaycanda səfirliyi var. Azərbaycanın da İsraildə səfirliyi açılacaq. Düşünürəm ki, İsrail buna görə çox xoşbəxtdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer söyləyib.
O bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması ilə iki ölkə arasındakı münasibətlər bütün sahələrdə güclənəcək. Bu, təkcə hərbi sahədə deyil, iqtisadiyyat, startaplar və digər sahələrdə də olacaq.
Fondun rəhbəri, eyni zamanda, qeyd edib ki, 2020-ci ildə 44 günlük müharibədə qalib gələn Azərbaycan regional gücə çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]