MƏDƏNİYYƏT


Azərbaycan Ermənistanın xüsusi xidmət orqanlarını necə ələ saldı: “La Vira - məxfi menyu” əməliyyatı VİDEO

Azərbaycan Ermənistanın xüsusi xidmət orqanlarını necə ələ saldı: “La Vira - məxfi menyu” əməliyyatı VİDEO

Bakı, 25 mart, AZƏRTAC

REAL TV “La Vira – məxfi menyu” adlı sənədli film çəkib.

AZƏRTAC xəbər verir ki, martın 28-də REAL TV-də nümayiş olunacaq bu filmdə Azərbaycan xüsusi xidmət orqanlarının məxfi əməliyyatından bəhs edilir. Həmin əməliyyat 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə özünəməxsus rol oynayıb.

Sənədli filmdə 2019-cu ilin mart ayından Ermənistan xüsusi xidmət orqanlarının başına bəla kimi gətirilən hadisədən söz açılır: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanlarını necə ələ salmasından bəhs edilir. “La Vira” italyan mətbəxinə aid təamdır. Tamaşaçı filmdə Azərbaycan DTX-nin Ermənistan məxfi xidmət əməkdaşlarına bu təamı necə “həzm etdirməsi” ilə tanış olacaq. Filmdə bu nadir əməliyyat barədə tamaşaçılara unikal arxiv materialları əsasında ətraflı məlumat verilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.