26 AVQUST
![]() |
2014-cü il. Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Muzeyin binasını tanınmış avstriyalı memar Frans Yants layihələndirib. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən çox eksponat və əşya saxlanılır. |
![]() |
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiqləyir. Xatırladaq ki, muğam və tar ifaçılığı sənəti UNESCO-nun dünya mədəniyyətinin qeyri-maddi irsi siyahısına da daxil edilib.
|
![]() |
1938-ci il. Görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanski vəfat edib (1895-1938). Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçib. O, milli hərb sənəti tarixinə dəyərli töhfələr verib, yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində əvəzsiz xidmətlər göstərib. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalmış və totalitarizmin qurbanına çevrilmiş vətənpərvər şəxsiyyətlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə onun 120 illik yubileyi ölkəmizdə geniş qeyd olunub.
|
![]() |
2003-cü il. Milli kino və teatr sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq Artisti Həsən (Əbdülhəsən) Ağaməmməd oğlu Məmmədov ömrünün 65-ci ilində vəfat edib (1938-2003). Onun “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “İstintaq” (Murad), “Axırıncı aşırım” (Abbasqulu bəy), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad) və digər filmlərdə yaratdığı obrazlar qalereyası təbiiliyi və özünəməxsusluğu ilə fərqlənir.
|
![]() |
1957-ci il. İlk tranzistorlu radio satışa çıxarılıb. 1947-ci ildə tranzistorun ixtirasından sonra bu mexanizmin ən çox istifadə olunduğu qurğu məhz tranzistorlu radio hesab edilir. 1954-cü ildən etibarən təkmilləşdirilməyə başlayan bu elektronik kommunikasiya qurğusunun satışı 1960-1970-ci illərdə milyardı ötmüşdü. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]




