Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Bakı, 26 iyul, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il mayın 20-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən, ordu sıralarına çağırılan gənc əsgərlərin qəbulu davam edir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirir ki, Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Orduda yaradılan nümunəvi xidməti şəraitin nəticəsidir ki, xidmətə yeni başlayan əsgərlərimiz heç bir çətinliklə üzləşmirlər. Hərtərəfli təminata malik hərbi hissələrdə xidmət edəcək gənclər ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanırlar. Təqdim edəcəyimiz videomaterialda Əlahiddə Ümumqoşun Ordunun təlim hərbi hissəsində gənclərin hərbi xidmətə qəbulu və onların xidməti üçün yaradılan şərait barədə məlumat verəcəyik.

Müddətli hərbi xidmətə çağırılan gənclər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi hərbi hissəyə təhvil verir. Gənclər sevinc, həyəcan, qürur hissləri ilə hərbi hissəyə ilk addımlarını atırlar.

Çağırışçılar ilk olaraq müasir avadanlıqlarla təchiz olunan hərbi xəstəxanada müayinə olunur. Rentgen aparatı ilə gənc əsgərlərin ağciyərləri və daxili orqanları yoxlanılır. Əsgərlər stomatoloq, cərrah, terapevt və digər sahələr üzrə müayinə olunduqdan sonra tibb kitabçalarında müvafiq qeydlər aparılır.

Qeyd edək ki, ilkin müayinə ilə yanaşı hərbi xəstəxanada və hərbi hissənin tibb məntəqəsində şəxsi heyətin vaxtaşırı tibbi müayinəsi aparılır, gənclərin səhhəti daim diqqətdə saxlanılır və onlara xəstəlik törədən viruslardan qorunmağın yolları haqqında mütəmadi olaraq məlumat verilir.

Həkim komissiyası tərəfindən ümumi şəkildə yoxlanan çağırışçıların növbəti mərhələdə qeydiyyatı və bölgüsü aparılır. Onlar şəxsi heyətin uçotu bölməsinə təqdim olunaraq adlı siyahılar əsasında yoxlanılır.

Sonra gənc əsgərlər əşya anbarına göndərilir. Burada onlar hərbi geyim və digər şəxsi əşyalarla təmin olunduqdan sonra xidmət edəcəkləri bölmələrə təhvil verilir.

Gənclər hərbi andı qəbul edənə kimi ilkin hazırlıq mərhələsində Azərbaycan Silahlı Qüvvələrinin sıra nizamnaməsinə uyğun olaraq məşğələlərdə iştirak edir. Məşğələ rəhbərlərinin keçirdikləri dərslərdə şəxsi heyətə sıra hazırlığının fənn və elementləri öyrədilir, gənc əsgərlərə hərbi intizam qaydaları aşılanır, onların sıra vərdişləri formalaşdırılır və təkmilləşdirilir.

Günün nizam qaydasının əsas hissələrindən biri də fiziki hazırlıq saatlarıdır. İdman şəhərciklərində döyüş hazırlığının tərkib hissəsi kimi şəxsi heyətlə fiziki hazırlıq üzrə dərslər keçirilir. Şəxsi heyət müxtəlif idman qurğuları vasitəsilə fiziki dözümlülüklərini artırır.

Əlahiddə Ümumqoşun Ordunun digər hərbi hissələri kimi burada da əsgərlərin şəxsi gigiyena qaydalarına əməl etmələrinə və sağlamlıqlarının qorunmasına ciddi fikir verilir. Bunun üçün hərbi hissənin hamam və camaşırxanasında lazımi şərait yaradılıb. Camaşırxanada müasir paltaryuyan, quruducu maşınlar və yataq örtüklərinin ütülənməsi üçün qurğular şəxsi heyəti həftə ərzində təmiz paltar və yataq örtükləri ilə təmin edir. Şəxsi heyətin sağlamlığının qorunması üçün düzgün qidalanma da əsas şərtlərdən biridir. Hərbi hissənin yeməkxanasında peşəkar qadın aşpazlar tərəfindən bol enerjili və ekoloji cəhətdən təmiz yeməklər hazırlanır. Şəxsi heyətin gündəlik təzə və yüksək kalorili ərzaqla təmin olunması üçün ərzaq anbarlarında lazım olan ehtiyat və şərait yaradılıb. Burada müasir tələblərə cavab verən soyuducu və dondurucu kameralar yerləşdirilib. Bu kameralarda ət, balıq, meyvə-tərəvəz və digər ərzaq ehtiyatı saxlanılır.

Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, hərbi hissədə yaradılan yüksək məişət şəraiti onların xidmətlərini uğurla keçməsinə zəmin yaradır. Hərbi hissənin yataqxanalarında da əsgərlərin məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq otaqları lazımi avadanlıqlarla təchiz olunub. Belə şərait xidmətə yeni başlayan gənclərin gələcəkdə bacarıqlı əsgərlər kimi formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.

Günün nizam qaydasına uyğun olaraq əsgərlərin asudə vaxtını səmərəli keçirməsi də diqqət yetirilən əsas məsələlərdəndir. Bunun üçün hərbi hissənin əsgər yataqxanalarında ideoloji, tədris, məişət və istirahət otaqları əsgərlərin istifadəsinə verilib. Burada ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, stendlər, qəzet və jurnallar qoyulub. Həmçinin əsgərlər müxtəlif stolüstü oyunlar oynamaq və televizora baxmaq imkanı da əldə edirlər.

Xidmətə yeni başlayan gənc əsgərlər hərbi andı qəbul etdikdən sonra öz ixtisası üzrə məşğələ və dərslərdə, praktiki atış çalışmalarında iştirak edəcək və digər ümumqoşun biliklərini mənimsəyəcəklər. 3 aylıq gənc əsgər hazırlığı dövründə ixtisaslarına uyğun hərbi bilik və bacarıqlara tam yiyələnən əsgərlərimiz xidmətlərini davam etdirmək üçün digər hərbi hissələrə göndəriləcəklər.

Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında, onların cəmiyyətə yararlı şəxsiyyət kimi hazırlanmasında və digər mənəvi keyfiyyətlərə yiyələnməsində əsgəri xidmətin rolu böyükdür. İnanırıq ki, bu gənc əsgərlərimiz də komandirlərinin öyrətdiyi bilik və bacarıqları dərindən mənimsəyib, döyüş hazırlıqlarını və fiziki dözümlülüklərini daim artıraraq ərazi bütövlüyümüzün keşiyində inamla dayanacaq və ən əsası da qalib Ordunun əsgərləri kimi üzərilərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirəcəklər.

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir VİDEO

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir VİDEO

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir