CƏMİYYƏT
Binəqədidə beş tapança və bir avtomat könüllü polisə təhvil verilib VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin müraciəti nəticəsində vətəndaşlar aşkar etdikləri və özlərində olan odlu silah-sursatları könüllü şəkildə polis orqanlarına təhvil verməkdə davam edirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən bir neçə gün ərzində Binəqədi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinə müraciət edən ayrı-ayrı vətəndaşlar onlarda olan ümumilikdə 3 ədəd “Makarov”, 1 ədəd “Naqan”, 1 ədəd kustar üsulla hazırlanan tapançanı, 1 ədəd “RPK-74” markalı avtomatı, eləcə də 21 ədəd müxtəlif çaplı patron və 5 ədəd sandıqçanı könüllü olaraq polisə təhvil veriblər. Odlu silahları könüllü təhvil verən vətəndaşlara polis orqanlarında təşəkkür edilib.