Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib FOTO VİDEO
Xaçmaz, 23 dekabr, Elxan Yusifli, Azərbaycan
Dekabrın 23-də Xaçmazda Qudyalçay tikilmiş yeni körpü istifadəyə verilib.
Azad-ın xəbəri xəbər verir ki, ikiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.
Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 27-ci kilometrliyində, Qudyalçay qovşağının körpü sel sularının təsiri cari ilin sentyabr ayında dağılıb.
Bir aydan başlayan tikinti işləri 3 ay ərzində yekunlaşdırılıb. Avtomobil körpüsündə piyadaların hərəkəti üçün zolaqlar tikilib, kənarlarına məhəccər quraşdırılıb.
Körpü istifadəyə verildikdən sonra da mühafizə bandlarının və istinad divarlarının tikintisi davam etdiriləcək.