Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Türkiyə Prezident Administrasiyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi - TUSAŞ” şirkətinin baş direktoru Temel Kotil daxildir.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi qeyd olundu, Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.

Prezident İlham Əliyev Türkiyə hərbi sənaye kompleksinin məhsullarının keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məhşurlaşdığını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımların atıldığını vurğuladı və bu baxımdan Türkiyənin aparıcı şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını dedi.

Qəbula görə minnətdarlığını bildirən Haluk Görgün böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməklərindən məmnunluq duyduqlarını vurğuladı və Türkiyə müdafiə sənayesinin əsasını təşkil edən nüfuzlu şirkətlərin rəhbərlərinin burada təmsil olunduqlarını bildirdi. Haluk Görgün səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində olan şirkətlər ilə Azərbaycan müdafiə sənayesi şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətlə bağlı anlaşma memorandumlarının imzalanması barədə dövlətimizin başçısına məlumat verdi.

Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Ramazan ayı münasibətilə təbriklərini və bu müqəddəs ayın Azərbaycan üçün xeyirli və bərəkətli olması ilə bağlı arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirdi.

Haluk Görgün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi inamlı Zəfəri vurğulayaraq İlham Əliyevin prezident seçkilərində qalib gəlməsini bir-birinin ardınca qazanılan qələbə hadisələri kimi qiymətləndirdi. O, prezident seçkilərindən sonra dövlətimizin başçısının bu ilin fevralında Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafında rolunu qeyd etdi.

Sonda Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyə Prezident Administrasiyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

“Neftçi” braziliyalı futbolçunun transferini açıqlayıb

Britaniyalı fermerlər Londonda etiraz aksiyası keçiriblər

Cənubi Koreya kəşfiyyatı: Minlərlə şimali koreyalı Rusiyada işləməyə göndərilib

Berlinin ictimai nəqliyyat işçilərinin tətili davam edir

HƏMAS fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salıb

Qərbi Balkan ölkələrinin XİN başçıları Romaya toplaşıblar

Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar

Qvatemalada avtobus dərəyə aşıb, 51 nəfər ölüb

Akademik Valeri Asatiani: Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında tarixi şəxsiyyətlərin rolu böyükdür

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib

Gürcüstanlı akademik: Azərbaycanda abidələrin bərpası istiqamətində gedən proseslərdən qürur duyuram

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 41 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 43 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 42 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 40 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bakıda İranın milli bayramı qeyd olunub

Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb

Ötən il Türkiyədə 842 terrorçu zərərsizləşdirilib

Keniyanın gənclər çempionu Azərbaycanın bu ölkədəki səfirliyində olub

Sabirabadda yol qəzası baş verib, xəsarət alan var

ABŞ-da qripə yoluxma hallarının sayı 15 illik maksimuma çatıb

Deputat: Türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır

"Qalatasaray" polşalı futbolçu ilə anlaşıb

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan etdi

Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub

AZƏRTAC-ın əməkdaşları “Talassemiyasız həyat naminə” təşəbbüsünə qoşulublar VİDEO

Polşalı musiqiçilər “Qış nağılı” festivalında

Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır

Nizami rayonunda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslər saxlanılıb

Rəna İbrahimbəyova: Kəlağayı ornamentlərinin işlənməsinin dərin mədəni kökləri onu daha da unikal edir - MÜSAHİBƏ

“Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” çapdan çıxıb

Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırılıb

İtaliyada müdafiə nazirinin səsindən istifadə olunaraq dələduzluq edilib

Premyer Liqa: "Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatıb

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ VİDEO

Bakıda sahibsiz heyvanlar probleminə həsr olunmuş tədbir keçirilib

Naxçıvan şəhərində çox sayda hərbi sursat tapılıb

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb

Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək

Şagird bacarıqlarının inkişaf etdirilməsi mövzusunda elmi seminar

® “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb

Hirkan meşələrində ekoturizmin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb

Kimyaçı-alim nüfuzlu jurnalın beynəlxalq rəyçi sertifikatı ilə təltif edilib

Kənd Təsərrüfatı Nazirliyi: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir

Azərbaycan şahmatçısı: Ölkə çempionatındakı çıxışımı qənaətbəxş hesab edirəm

Azərbaycan Universitetində “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər planı hazırlanır

Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub

AQTA-da quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş olub

ADAU-nun əməkdaşları Ankarada beynəlxalq təlimdə iştirak ediblər

Məktəb direktorlarından ibarət kuratorlarla görüş keçirilib

Binəqədidə su emalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb

® “Birbank” vasitəsilə sığorta alanlara şad xəbər

® “AccessBank”dan 12+0,25 faizlik depozit imkanı!

Böyük Britaniyada yüzlərlə qanunsuz işçi saxlanılıb

Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər

Ukraynadakı Azərbaycan diasporu fəaliyyətini genişləndirir

Ötən il Azərbaycanda aparılan nağdsız əməliyyatların həcmi rekord həddə çatıb

“Neftçi” braziliyalı futbolçunu transfer etmək istəyir

Britaniyanın mürəkkəb vergi sistemi biznes subyektlərinə 15 milyard funt sterlinqə başa gəlir

Gürcüstanda azərbaycanlı uşaqlar üçün həftəsonu məktəb fəaliyyətə başlayıb

Qiymətli kağızlar bazarının inkişafına dair ictimai müzakirə təşkil olunub

AMADA antidopinq sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib – FƏRMAN

Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib

AQTA: İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb

® Elektrikli avtomobil qazanmaq imkanı

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi təyin olunub

Şalva Papuaşvili: Gürcüstanda sabitliyi pozmaq üçün Avropa İttifaqına üzv dövlətlərdən də istifadə olunub

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini təqdim edib

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Qərbi Azərbaycana qayıdış təkcə fiziki dönüş deyil, bu, milli kimliyimizin bərpasıdır – MÜSAHİBƏ

Qırğızıstanın Oş hava limanı uçuşları müvəqqəti məhdudlaşdırıb

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Burkina Fasonun Prezidenti İbrahim Traoredən

“Killerdən teleqram” monotamaşası yenidən səhnədə

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib

Dünya çempionatı: Azərbaycan basketbol millisi seçmə mərhələdə son 2 oyunun hazırlıqlarına başlayıb

Professor Anna Əmrahova: Doktorluq dissertasiyamda Azərbaycan bəstəkarlarının yaradıcılığını təqdim etdim

Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət alıb

Fransanın Kamerunda törətdiyi soyqırımının qurbanı: Cəllad hesabı ödəməlidir

Akademik: Bu il “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün təsis edilməsinin 10 illik yubileyidir

Şotlandiya Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb

Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Çinin Fənərlər bayramı ilə bağlı mühazirə təşkil edilib

Azərbaycan millisinin voleybolçusu: Braziliya Kubokunun qalibi olduğum üçün xoşbəxtəm

“Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının açılış mərasimi keçirilib

Azərbaycan və Sloveniya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Liviya sahillərində içərisində 65 nəfərin olduğu gəmi batıb

"Çelsi" qazaxıstanlı futbolçunu transfer edib

Türkiyə Prezidenti: Ədalət prinsipi yeni dünya nizamının əsası olmalıdır

Sabahdan pensiyaların yeni artımlarla birgə ödənişinə başlanılacaq

XİN: Nikolay Valuyevin Azərbaycana qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir

Britaniyanın əmək bazarında aktivlik 2020-ci ildən bəri ən aşağı səviyyədədir