29 AVQUST
![]() |
1831-ci il. İngilis fiziki Maykl Faradey elektromaqnit induksiyasını kəşf edib. Bununla da indi çox geniş tətbiq sahəsi olan elektrik mühərriki yaradılıb. |
![]() |
1993-cü il. Prezidentə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi keçirilib. MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Əbülfəz Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb. |
![]() |
2005-ci il. Azərbaycanda İctimai Televiziya yayıma başlayıb. Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. |


