ELM VƏ TƏHSİL


30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

Bakı, 30 noyabr, AZƏRTAC

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü artıq 34 ildir ki, bütün dünyada qeyd olunur. 1988-ci ildə ABŞ-ın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan edib.

AZƏRTAC xəbər verir ki, təşkilatın bu günü elan etməkdə məqsədi hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub.

Həmin ilin noyabr ayının 30-da “Morris soxulcanı”nın kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünüblər. O vaxtdan etibarən Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə hər il ənənəvi olaraq informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.